Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycan millisi Avropa çempionatına 10 boksçu ilə qatılacaq

news photo

06.03.2019 17:12 // İdman

Vladiqafqazda kişi və qadın boksçular arasında Avropa çempionatı başlayır.

Youthportal.az xəbər verir ki, qitə çempionatında Azərbaycan yığmasının məşqçilər korpusu 10 boksçuya şans verəcək.

Belə ki, kişilərin mübarizəsində Rüfət Hüseynov (49 kq), Əflatun Babayev (56 kq), Ruslan Rüstəmov (60 kq), Bəxtiyar Qazıbəyov (64 kq), Nicat Həsənov (69 kq), Amin Kuşkov (75 kq), Cəbrayıl Yelekov (81 kq) və Məhəmməd Abdullayev (+91 kq) rinqə çıxacaq. Qadınların yarışında isə Günel Rəhimova (48 kq) ilə Aliyə Vəlizadə (60 kq) qüvvələrini sınayacaq.

22 yaşadək boksçuların Avropa çempionatı martın 8-dən 17-dək davam edəcək.

Qeyd edək ki, boksçularımız fevralın 23-dən yarışın keçiriləcəyi Vladiqafqaz şəhərində təlim-məşq toplanışındadırlar.

Digər xəbərlər

Xəbər lenti

Bakıda ilk dəfə “Port Festival” keçirilir

“Almaz” nümayiş ediləcək (FOTO)

Sabahın hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi