Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycan Milli Paralimpiya Komitəsi müsabiqə elan edir

news photo

04.06.2019 11:25 // İdman

22 iyul - Milli Mətbuat Günü münasibətilə Azərbaycan Milli Paralimpiya Komitəsi və Mətbuat Şurası jurnalist yazıları müsabiqəsi elan edib.

AMPK-dan Youthportal.az-a bildiriblər ki, müsabiqənin məqsədi Azərbaycanda Paralimpiya hərəkatının və dəyərlərinin təbliği, əlilliyi olan şəxslərin idman vasitəsilə cəmiyyətə inteqrasiya olunması, bu sahənin inkişafı istiqamətində dövlət qurumlarının, o cümlədən özəl şirkətlərin fəaliyyətinin stimullaşdırılması, müvafiq sahələrdə qazanılan mühüm irəliləyişlər barədə ictimaiyyətin məlumatlandırılmasında jurnalistlərin həvəsləndirilməsidir.

Jurnalistlər “Əlilliyi olan şəxslərin idman vasitəsilə cəmiyyətə inteqrasiyası”, “Əlil idmanına dəstək və korporativ sosial məsuliyyət” mövzularında müsabiqəyə yazılar təqdim edə bilərlər.

Müsabiqədə birinci yerin sahibi üçün 1000, ikinci yer üçün 500, üçüncü yerə layiq görülənlər (iki nəfər) üçün isə 300 manat məbləğində mükafat nəzərdə tutulub.

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda 28 dərəcə isti olacaq

Atəşkəs 22 dəfə pozulub

Sabah 34 dərəcə isti olacaq

Gənclər “Tələbə baharı”na dəvət olunur

UNEC onlayn idarəetməyə keçdi

Azərbaycanda Novruz bayramıdır

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi