Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycan milli komandasının iki futbolçusu üçün imza günü keçiriləcək

news photo

25.12.2018 12:38 // İdman

Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyununa hazırlıq kampaniyası çərçivəsində növbəti imza gününün qonaqları bəlli olub. 

Youthportal.az AFFA-nın saytına istinadən xəbər verir ki, dekabrın 26-da saat 19:00-da Avropa Liqası Muzeyində Azərbaycan milli komandasının və “Qəbələ” klubunun müdafiəçisi Təmkin Xəlilzadənin imza günü təşkil olunacaq. 

Dekabrın 27-də saat 19:00-da isə milli komandanın və “Qarabağ”ın hücumçusu Mahir Mədətovun muzeydə imza günü keçiriləcək.

Muzey ziyarətçiləri imza günündə futbolçular ilə yaxından tanış ola, ondan imza ala, eləcə də foto çəkdirə biləcəklər.

Qeyd edək ki, 2017-ci il sentyabrın 20-də UEFA İcraiyyə Komitəsi tərəfindən 2019-cu ildə futbol üzrə UEFA Avropa Liqasının final oyununun Bakı Olimpiya Stadionunda keçirilməsi haqqında qərar qəbul edilib. 

Final oyunu mayın 29-da baş tutacaq. 

Digər xəbərlər

Xəbər lenti

“Almaz” nümayiş ediləcək (FOTO)

Sabahın hava proqnozu açıqlanıb

Atəşkəs 23 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi