Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib

news photo

30.04.2015 18:30 // İdman

Mayın 1-də Çexiyanın Raçitse şəhərində start götürəcək kayak və kanoe üzrə Avropa çempionatı öncəsi Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.

Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən Youthportal.az-a verilən məlumata görə, əsas medal ümidlərindən sayılan kanoe üzrə 4 qat dünya və 4 qat Avropa çempionu Valentin Demyanenko xəstələndiyi üçün heyətdən çıxarılıb.

Hazırda müalicə alan 32 yaşlı idmançını gənc Nikita Sablin əvəzləyib. Sablin 1 nəfərlik qayıqla (C-1) 200 metr məsafəyə yürüşlərə qatılacaq.

Qeyd edək ki, 3 gün davam edəcək Avropa çempionatında Azərbaycanı N.Sablindən əlavə, Anatoli Melnik və Sergey Bezuqlıy - Aleksey Kupin dueti kanoe, İnna Osipenko-Radomskaya və Mirnazim Cavadov kayak növündə təmsil edəcək.

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

“Könüllülük Sərhəd Tanımır!” (FOTO)

Faktiki hava şəraiti açıqlandı

"WhatsApp"da daha bir yeni funksiya

Atəşkəs rejimi 22 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi