Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycan Milli Kitabxanası ilə Berlin Universiteti arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

news photo

18.10.2019 14:33 // Cəmiyyət

Almaniyanın Frankfurt-Mayn şəhərində keçirilən 71-ci Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində oktyabrın 17-də Azərbaycan Milli Kitabxanası ilə Humboldt adına Berlin Universiteti arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb.

Youthportal.az xəbər verir ki, imzalanma mərasimində Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev, nazirliyin bir sıra əməkdaşları və Humboldt Universitetinin dosenti Rasim Mirzəyev iştirak ediblər.

Memorandumu Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov və Humboldt adına Berlin Universitetinin Azərbaycan tarixi şöbəsinin müdiri professor Eva-Maria Aux imzalayıblar. Üç il müddətinə imzalanan bu sənəd tarixi və mədəni biliklərin gücləndirilməsi məqsədilə birgə layihələrin həyata keçirilməsini, qarşılıqlı kitab, informasiya və elektron resursların, çap məhsullarının rəqəmsal variantlarının mübadiləsini, treninqlərin, elmi konfransların keçirilməsini nəzərdə tutur.

Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev imzalanma mərasimində çıxış edərək Humboldt adına Berlin Universitetinin Azərbaycan tarixi şöbəsinin müdiri professor Eva-Maria Auxa və tədbir iştirakçılarına minnətdarlığını bildirib. Nazir müavini Humboldt adına Berlin Universitetində Azərbaycan tarixi şöbəsinin fəaliyyətini yüksək qiymətləndirib və onun Alman-Azərbaycan dostluq əlaqələrinin daha da möhkəmlənməsində mühüm rol oynayacağına əminliyini ifadə edib.

Sonda Vaqif Əliyev dövlətçiliyimizə, tariximizə və mədəniyyətimizə dair nəşrləri professor Eva-Maria Auxa hədiyyə edib.

Digər xəbərlər

Xəbər lenti

"Mən bunu bilsəydim” adlı tədbir keçiriləcək

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi