Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycan Milli İncəsənət Muzeyinin yeni təmirdən çıxmış korpusunun açılışı olacaq

news photo

16.05.2019 18:02 // Cəmiyyət

18 may – Beynəlxalq Muzeylər Gününə həsr edilmiş “Muzeylər mədəniyyət mərkəzləri kimi: ənənələrin gələcəyi” devizi altında ölkəmizdə silsilə tədbirlər keçirilir.

Mədəniyyət Nazirliyindən Youthportal.az-a bildirilib ki, bu silsilədə mayın 17-də Azərbaycan Milli İncəsənət Muzeyinin Niyazi, 9 ünvanında yerləşən, yeni təmirdən çıxmış korpusunun geniş ictimaiyyət üçün açılış mərasimi təşkil olunacaq.

Muzey son illər ərzində bərpa və inşa edilən ən müasir avadanlıqlarla təchiz edilmiş ekspozisiyaya malikdir. Burada xüsusi bərpa laboratoriyası mövcuddur, ən müasir mühafizə sistemləri ilə təmin edilib, daxili bağçası tamaşaçıların istirahəti üçün çox əlverişlidir. Muzey silsiləvi şəklində iki qədim memarlıq abidəsini birləşdirən müasir korpusdan ibarət ərazini tutur. Hazırda muzeyin ekspozisiyasında dünya təsviri və tətbiqi sənətinin bütün növlərini dolğun şəkildə əks etdirən Qərbi Avropa, Rus, İslam, Şərq ölkələri incəsənətinin çeşidli örnəklərini görmək mümkündür. Ekspozisiya iki mərtəbədən ibarətdir. Birinci mərtəbə - Qədim dünya incəsənəti, İran-Türk, Çin, rus (avanqard) və Zərifə xanım Əliyevaya həsr edilmiş “Xatirə zalı”, İtaliya, Flamand, Holland incəsənətinə həsr edilib. Eyni zamanda, I mərtəbənin dəhliz hissələrində - Fransa-Almaniya qrafika nümunələri, digərində - İran və Hindistan miniatür və heykəltəraşlıq əsərləri nümayiş edilir.

Ekspozisiyanın ikinci mərtəbəsi - İtaliya, “İslam incəsənəti”, alman, Fransa rəngkarlığı və Rusiya incəsənətinə həsr edilib. Ekspozisiyada, eyni zamanda, metal, çini, xalça və bədii tikmə nümunələri nümayiş edilir. Ən qədim eksponatlar antik dövrdən başlayaraq - XX əsrin sonlarına qədərki dövrü əhatə edir.

Eyni zamanda, mayın 17-də Azərbaycan Milli İncəsənət Muzeyində Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanmış və ilk dəfə ölkə ərazisində yerləşən bütün muzeylər haqqında məlumatları özündə cəmləşdirən “Museum.az” saytının təqdimat mərasimi keçiriləcəkdir.

Saytın sadə, eyni zamanda, zövqlə hazırlanmış dizaynı istifadəçilərə təqdim olunan məlumatların daha rahat əldə olunması üçün layihələndirilib.

İstifadəçilərin rahatlığı üçün gələcəkdə müasir veb-tendensiyalar da nəzərə alınaraq, saytın mobil versiyası və tətbiqetmələrinin də hazırlanması nəzərdə tutulub.

Digər xəbərlər

Xəbər lenti

İnstitut işçi axtarır

Milli qurtuluş, xalqın zəfəri...

Sabaha gözlənilən hava şəraiti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi