Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycan Milli İncəsənət Muzeyində yeni layihənin təqdimatı olacaq

news photo

22.10.2019 14:52 // Cəmiyyət

Oktyabr 24-25-də Azərbaycan Milli İncəsənət Muzeyində “Mədəni sərvətlərin silahlı münaqişələrin və digər fövqəladə halların mümkün təsirlərindən qorunması” adlı layihənin təqdimatı keçiriləcək.

Youthportal.az xəbər verir ki, layihənin əsas məqsədi fövqəladə hallarda mədəni sərvətlərin qorunması üçün strateji planlaşdırma, preventiv kompleks tədbirlərinin keçirilməsi, təhlükəsiz evakuasiyasını təmin etmək üçün müvafiq hədəf auditoriyasını hərtərəfli təlimatlandırmaq və bu sahədə mövcud beynəlxalq təcrübəni tətbiq etməkdir.

Sözügedən seminar çərçivəsində UNESKO və Beynəlxalq Muzeylər Şurasından (ICOM) dəvət edilmiş ekspertlərin iştirakı ilə ölkəmizdə 2 günlük tədbir keçiriləcək. Seminarda eləcə də, müxtəlif dövlət qurumlarının ölkəmizdə görülən müvafiq işləri haqqında ətraflı məlumat veriləcəkdir.

Həmçinin seminarda layihə çərçivəsində yaradılmış veb-sayt və Azərbaycan dilinə tərcümə olunmuş İCCROM (Mədəni Sərvətlərin Qorunması və Bərpası üzrə Beynəlxalq Tədqiqatlar Mərkəzi) və UNESKO-nun Misir Mədəni İrsinin Qorunması Fondu ilə əməkdaşlığı çərçivəsində nəşr olunmuş “Təhlükədə olan irs və muzey sərvətlərinin təxliyə qaydaları” adlı məlumat kitabı təqdim olunacaqdır.

Layihə UNESKO-nun 2018-2019-cu illər üçün İştirak Proqramı çərçivəsində Azərbaycan Milli İncəsənət Muzeyinə ayrılmış qrant hesabına yaradılıb.

Digər xəbərlər

Xəbər lenti

Sabah yağış yağacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi