Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbəsi SOCAR-ın təqaüdünü qazanıb

news photo

17.07.2019 14:50 // Təhsil

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) tələbələri ölkənin aparıcı şirkətlərindən olan SOCAR və “Norm Sement”in ölkə universitetlərinin 2, 3, 4-cü kurs bakalavr və 1-ci kurs magistr tələbələri üçün elan etdiyi daxili təqaüd proqramı və ödənişli yay təcrübə proqramına qatılıblar.

AzMİU-dan Youthportal.az-a bildirilib ki, tələbələrdən 5-i imtahan və müsahibələrdə uğur əldə edib. Universitetin “SABAH” qruplarının tələbəsi Rəhiməxanım Kazımlı SOCAR-ın təqaüdünü qazanıb. Bir semestr üçün nəzərdə tutulmuş təqaüd SOCAR-da keçiriləcək mükafatlandırma mərasimində tələbəyə təqdim olunacaq. “Norm Sement”in ödənişli yay təcrübə proqramı üzrə universitetin 4 tələbəsi - Mənsur İsmayılov (İnşaat mühəndisliyi), İnci Musayeva (İnşaat mühəndisliyi), Nurlan Qurbanov (Tikinti materialları), Ramin Qənbərli (Tikinti materialları) uğur qazanaraq, şirkətdə təcrübə keçmək imkanı əldə ediblər.

Yay təcrübə proqramı tələbələrə universitetdə öyrəndikləri nəzəri bilikləri tətbiq etmək və iş yerində təcrübə qazanmaq imkanı yaradacaq. Həmçinin seçilən tələbələr nahar və nəqliyyat xidmətindən yararlanacaq. Təcrübəçilərə şirkət tərəfindən proqram müddəti ərzində ödəniş ediləcək.

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda 34 dərəcə isti olacaq

Kolleclərə ixtisas seçimi davam edir

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi