Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycan Memarlıq və İnşaat Universitetində karyera sərgisi təşkil olunacaq

news photo

12.02.2019 16:54 // Təhsil

Fevralın 20-si saat 11-də Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) idman kompleksində karyera sərgisi təşkil olunacaq.

AzMİU-dan Youthportal.az-a bildirilib ki, tədbir tələbə və məzunların karyera imkanlarını artırmaq, məşğulluqlarını inkişaf etdirmək, əmək bazarında fəaliyyət göstərən, ixtisaslarına uyğun şirkətlərlə əlaqə yaratmaq və real iş imkanlarından yararlanmaq məqsədi daşıyır. Sərgidə 50-dən çox aparıcı şirkət və müəssisə, həmçinin nazirlik və dövlət qurumları vakant iş yerləri təqdim edəcək.

Maraqlananlar AzMİU-nun təcrübə və karyera şöbəsinə (I tədris binası, 403-cü otaq) müraciət edərək daha ətraflı məlumat ala bilərlər.

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda 34 dərəcə isti olacaq

Kolleclərə ixtisas seçimi davam edir

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi