Ru
Bakı
USD
EUR
GBP
RUB

"Azərbaycan könüllülük xidməti" çərçivəsində keçirilən mübadilə proqramına start verildi (FOTO)

news photo

02.08.2018 12:00 // Gənclər üçün

Proqramın 7 üzvü 1 ay müddətində Azərbaycanın müxtəlif bölgələrində fəaliyyət göstərən Gənclər Evində könüllü çalışacaq. 

Təşkilatdan Youthportal.az-a bildirilib ki, onlar yollandıqları Gənclər Evində səfərdən öncə öz ideyaları əsasında hazırladıqları layihələrin icrası ilə məşğul olacaqlar. Bundan başqa yerli gənclər üçün müxtəlif təlim və seminarlar da təşkil edəcəklər. Həmin gənclər 1-31 avqust tarixlərində könüllü şəkildə bilik, bacarıq və təcrübələrini həmyaşıdları ilə bölüşəcəklər. Fərqli mühitdə çalışmaq imkanı onlara yeni təcrübə, dostlar qazandıracaq və yay tətillərini səmərəli, əyləncəli keçirmələrinə səbəb olacaq. 

Təşkilatçılar ən yaxşı namizədlərin müəyyən edilməsi üçün böyük səy göstərib. Proqrama qoşulmaq üçün 18-29 yaş arası 200-dən çox gənc müraciət etsə də, yalnız 50 nəfər müsahibədə iştirak edə bilib. Tərtib edilən xüsusi suallar vasitəsi ilə ən yüksək nəticəni toplayan təşəbbüskar, fəal və bacarıqlı könüllülər seçilib.

Mübadilə Proqramı Bakının Binəqədi, Sabunçu rayonu, eləcə də Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir, Balakən şəhərlərində yerləşən Gənclər evində həyata keçiriləcəkdir. Proqram Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Gənclər Təşkilatları Milli Şurası tərəfindən həyata keçirilir. Proqramın tərəfdaşları adı çəkilən şəhər və rayonların İcra Hakimiyyətləri, Gənclər və İdman İdarələri, Gənclər Evləridir. İştirakçıların bütün xərcləri qarşılanır. 

 

news photo news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Ucarda layihənin təqdimatı keçirildi (FOTO)

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi