Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycan Könüllülük Həftəsi "VətənimİZ" devizi altında silsilə tədbirlərlə davam edir (FOTO)

news photo

03.12.2019 15:17 // Gənclər üçün

Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı, bütün könüllü təşkilatları və hərəkatlarının iştirakı ilə həyata keçirilən “Azərbaycan Könüllülük Həftəsi” 2 dekabr tarixində "VətənimİZ" devizi altında silsilə tədbirlərlə davam edir.

Gənclər Fondundan Youthportal.az-a verilən məlumata görə, “VətənimİZ” devizi altında keçirilən tədbirlərə respublikanın 17 şəhər və rayonunda ümumilikdə 1000-dən artıq gənc cəlb olunub. Tədbirlər çərçivəsində könüllü hərəkatları təmsil edən və fəal gənclər Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, Heydər Əliyev Muzeylərinin ekspozisiyası ilə tanış olublar. Ulu Öndərin dövlətçilik fəlsəfəsini, azərbaycançılıq məfkurəsini gənc nəslin daha dərindən mənimsəməsi işinə töhfə verilməsi məqsədi ilə keçirilən tədbirlər tarix və vətənpərvərlik mövzularında sənədli və bədii filmlərin izlənməsi ilə davam edib.

Bu çərçivədə, həmçinin Bakı Gənclər Mərkəzində 300 gəncin iştirak etdiyi "Ümummilli Lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsi” mövzusunda konfrans təşkil olunub. Konfransdan sonra gənclər birlikdə film izləyib, ölkədə fəaliyyət göstərən müxtəlif könüllü təşkilatları və hərəkatlarının komandaları arasında tariximiz və milli-mənəvi dəyərlərimizin təbliği mövzusunda intellektual kvest yarışması təşkil olunub.

“Azərbaycan Könüllülük Həftəsi” 9 dekabr tarixinə qədər bütün ölkəni əhatə edən tədbirlərlə davam edəcək. “Şəhidimiz” kampaniyası ilə start götürən Həftə növbəti günlərdə “Könüllülük sərhəd tanımır!” çərçivəsində xüsusi qayğıya ehtiyacı olan insanlar üçün sosial işlər, “TəbiətimİZ” adı altında ekoloji aksiyaların və digər tədbirlərin təşkili ilə davam edəcək.

news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda 28 dərəcə isti olacaq

Atəşkəs 22 dəfə pozulub

Sabah 34 dərəcə isti olacaq

Gənclər “Tələbə baharı”na dəvət olunur

UNEC onlayn idarəetməyə keçdi

Azərbaycanda Novruz bayramıdır

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi