Ru
Bakı
USD
EUR
GBP
RUB

“Azərbaycan Könüllülük Həftəsi” başa çatıb

news photo

11.12.2019 14:40 // Gənclər üçün

10 dekabr 2019-cu il tarixində Bakı Konqres Mərkəzində “Azərbaycan Könüllülük Həftəsi” layihəsinin başa çatması ilə əlaqədar tədbir təşkil olunub.

Youthportal.az xəbər verir ki, öncə layihə müddətində həyata keçirilmiş tədbirlərə dair videoçarx təqdim olunub.

Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev 1-9 tarixini əhatə edən “Azərbaycan Könüllülük Həftəsi” layihəsi çərçivəsində həyata keçirilmiş müxtəlif sosial aksiyalar və tədbirlər barədə məlumat veriblər.

Diqqətə çatdırılıb ki, bu çərçivədə reallaşdırılan “Şəhidimiz”, “VətənimİZ”, “TəbiətimİZ”, “Könüllülük Sərhəd Tanımır !”, Azərbaycan Könüllülərinin 2-ci Həmrəylik Forumu, 4 günlük qış düşərgəsi kimi tədbirlər, ümumilikdə 15000-dən çox könüllünü əhatə edib.

Sonra layihənin həyata keçirilməsində iştirak edən müxtəlif gənclər təşkilatlarına təşəkkürnamələr təqdim olunub.

“Azərbaycan Könüllülük Həftəsi” layihəsi Azərbaycan Respublikasının Gənclər Fondunun və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə reallaşdırılıb.

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlandı

Monqolustan Çinlə sərhədi bağladı

Fotoqraflar üçün növbəti müsabiqə...

Atəşkəs rejimi 24 dəfə pozulub

Atəşkəs rejimi 22 dəfə pozulub

Sabaha gözlənilər hava şəraiti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi