Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycan könüllülərinin həmrəylik festivalında əmək yarmarkası təşkil edilib (FOTO)

news photo

07.12.2018 18:15 // Formula 1

Azərbaycan Respublikası Gənclər Fondu, Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil, Gənclər və İdman nazirlikləri və “ASAN xidmət”in birgə təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində Azərbaycan könüllülərinin həmrəylik festivalı keçirilib. Yüzlərlə gəncin və könüllü təşkilatlarının iştirak etdiyi tədbir çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Bakı Şəhər Məşğulluq İdarəsi tərəfindən könüllülər üçün əmək yarmarkası təşkil edilib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Youthportal.az-a bildiriblər ki, yarmarkada 68 müəssisə tərəfindən 299 vakant iş yeri təqdim olunub.

Əmək bazarının tələblərinə uyğun yeni peşələrə yiyələnmək istəyənlər peşə hazırlığı kurslarına cəlb olunmaq üçün qeydiyyata alınıb. Özünüməşğulluq proqramı barədə tədbir iştirakçılarına məlumat verilib, proqrama cəlb olunmaq istəyənlərin qeydiyyatı aparılıb.

news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

İki əsrin hekayələri

Hindistan kosmosa robot göndərəcək

Atəşkəs 30 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi