Ru
Bakı
USD
EUR
GBP
RUB

“Azərbaycan Könüllülərinin Həmrəylik Festivalı” adlı tədbir keçiriləcəkdir

news photo

30.11.2018 10:37 // Gənclər üçün

Beynəlxalq Könüllülər Günü münasibətilə 7-9 dekabr 2018-ci il tarixlərində Azərbaycan Respublikasının Gənclər Fondunun və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə təşkilatçılığı ilə “Azərbaycan Könüllülərinin Həmrəylik Festivalı” adlı möhtəşəm tədbir keçiriləcəkdir.

Youthportal.az xəbər verir ki,  festival çərçivəsində 7 dekabr tarixində Bakı Konqres Mərkəzində Forumun keçirilməsi nəzərdə tutulub. Ölkədə fəaliyyət göstərən bütün tələbə-gənclər könüllüləri hərəkat, təşkilat və proqramlarının, aidiyyəti dövlət qurumlarının və beynəlxalq tərəfdaşlarımızın iştirakı ilə baş tutacaq Foruma qoşulmaq üçün aşağıdakı linkdən qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.

Qeydiyyat üçün: https://docs.google.com/…/1E4piUUc-IU_d3tZMbfloyS9pjR…/edit…

Forumda iştirak edərək könüllülük hərəkatı haqda ətraflı məlumat əldə edə, aparıcı şirkətlərin əmək yarmarkası ilə tanış ola, müsabiqələrə qoşularaq hədiyyələr qazana və festival müddətində Şamaxı-Pirquluda həyata keçirələcək Könüllülərin qış düşərgəsinə aparılacaq 100 gənc könüllüdən biri ola bilərsiniz.

Qeyd edək ki, müraciət üçün son tarix 4 dekabr saat 23:00-dadır.

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda 28 dərəcə isti olacaq

Atəşkəs 22 dəfə pozulub

Sabah 34 dərəcə isti olacaq

Gənclər “Tələbə baharı”na dəvət olunur

UNEC onlayn idarəetməyə keçdi

Azərbaycanda Novruz bayramıdır

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi