Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycan klubu şahmat üzrə Avropa klub komanda çempionatında iştirak edəcək

news photo

04.10.2017 19:04 // İdman

Antalyada şahmat üzrə kişilər və qadınlar arasında Avropa klub komanda çempionatı keçiriləcək.

Kişilərin və qadınların turnirlərində Azərbaycanın idman şərəfini “Odlar Yurdu” komandası qoruyacaq.

Kişilərin qrupunda 35 komandanın çıxışı gözlənilir. Ölkəmizin kişilərdən ibarət komandasının tərkibinə Arkadi Naydiç, Rauf Məmmədov, Qədir Hüseynov, Eltac Səfərli, Nicat Abbasov və Azər Mirzəyev daxildir.

Azərbaycanın qadınlardan ibarət komandası aşağıdakı tərkibdədir: Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva, Aydan Höcətova, Xanım Balacayeva və Zeynəb Məmmədyarova. Qadınların qrupunda 12 komanda toplanıb.

Oktyabrın 7-dən 15-dək İsveçrə sistemi üzrə keçiriləcək Avropa Klub Kuboku 7 dövrədən ibarətdir.

Kişilərdən ibarət komandaların hər birində 6 əsas və 2 ehtiyat oyunçu, qadın komandalarında isə 4 əsas və 1 ehtiyat oyunçu var.

Vaxta nəzarət: ilk 40 gediş üçün 90 dəqiqə, sonra birinci gedişdən başlayaraq hər gedişə 30 saniyə əlavə olunmaqla partiyanın sonuna qədər 30 dəqiqədir.

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs 23 dəfə pozulub

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycanda Novruz bayramı qeyd edilir

Ceki Çan "Alpinistlər" filmində

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi