Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycan ilə Bolqarıstan arasında idman sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

news photo

20.09.2019 21:07 // Siyasət

Sentyabrın 20-də Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov Bolqarıstanın Gənclər və İdman naziri Krasen Kralev ilə görüşüb.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Youthportal.az-a bildiriblər ki, görüşdə nazir Azad Rəhimov bolqarıstanlı həmkarına Azərbaycanda idmanın inkişafı üçün yaradılan əlverişli şərait, genişmiqyaslı idman infrastrukturu barədə ətraflı məlumat verib. Nazir hazırda Azərbaycanda 45 Olimpiya İdman Kompleksinin fəaliyyət göstərdiyini, bunun bölgələrdə də idmanın sürətli inkişafına töhfə verdiyini qeyd edib. 

Azad Rəhimov dünyada idman ölkəsi kimi tanınan Azərbaycanın son illər mötəbər beynəlxalq yarışlara ən yüksək səviyyədə ev sahibliyi etdiyini vurğulayıb.Azərbaycanda idmanın inkişafı üçün əlverişli şəraitin yaradılmasından məmnunluğunu bildirən Bolqarıstanın Gənclər və İdman naziri Krasen Kralev bədii gimnastika üzrə 37-ci dünya çempionatının Bakıda yüksək səviyyədə təşkil olunduğunu bildirib. 

O, ölkəsinin gənclər və idman sahələrində Azərbaycan ilə əməkdaşlığın inkişafında maraqlı olduqlarını diqqətə çatdırıb.Söhbət zamanı ölkələrimiz arasında müvafiq sahələrdə əməkdaşlığın inkişafı və digər məsələlərlə bağlı müzakirələr aparılıb.

news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sumqayıtda fləşmob:Biz müstəqilik

Serbiyada təhsil təqaüd proqramı

Çağırış Kuboku yubileyini qeyd edir

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi