Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycan İlahiyyat İnstitutunun tələbələri Türkiyəyə “Yay məktəbi”nə yola düşüblər (FOTO)

news photo

19.07.2019 11:19 // Təhsil

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) tələbələri Türkiyənin Bursa şəhərinə “Yay məktəbi”nə yola düşüblər.

Aİİ-dən Youthportal.az-a bildiriblər ki, rektor Ceyhun Məmmədov “Yay məktəbi”nə gedən tələbələrə tövsiyələrini verib, ölkəni və institutu layiqincə təmsil edəcəklərinə ümidvar olduğunu bildirib.

Rektor tələbələri “Yay məktəbi” müddətində məsuliyyətli olmağa və yaradılan şəraitdən səmərəli faydalanmağa çağırıb. Onlara verilən tapşırıqları vaxtında yerinə yetirməyi və asudə vaxtlarını səmərəli keçirmələrini tövsiyə edib. Gənclərin karyera imkanlarının genişləndirilməsində bilik və bacarığın hər zaman öndə dayandığını söyləyən rektor hər bir gəncin tələbəlik illərindən gələcək karyerası barədə düşünməli olduğunu vurğulayıb.

Daha sonra tələbələr “Yay məktəbi”ndə onlar üçün təşkil edilən proqramın gündəliyi ilə tanış olublar.

Xatırladaq ki, tələbələrə bu müddət ərzində müxtəlif dərslər keçiləcək, həmçinin asudə vaxtlarının səmərəli təşkili üçün tarixi abidələrə, məscidlərə ziyarətlər təşkil olunacaq.

“Yay məktəbi” Azərbaycan İlahiyyat İnstitutu, Türkiyənin Təhsil Nazirliyi və Dini İşlər İdarəsi arasındakı razılığa əsasən baş tutacaq.

news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda 34 dərəcə isti olacaq

Kolleclərə ixtisas seçimi davam edir

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi