Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycan İlahiyyat İnstitutu bir yaşını qeyd edəcək

news photo

07.02.2019 15:00 // Təhsil

Fevralın 8-də Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) bir illik fəaliyyətinə həsr olunmuş tədbir keçiriləcək.

İnstitutdan Youthportal.az-a bildirilib ki, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev, Milli Məclisin deputatları, Azərbaycanda fəaliyyət göstərən səfirliklərin nümayəndələri, dini icmaların rəhbərləri və digər məsul şəxslər iştirak edəcəklər.

Qeyd edək ki, Azərbaycan İlahiyyat İnstitutu dövlətimizin başçısının 2018-ci il 9 fevral tarixli Sərəncamına əsasən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılıb. İnstitutun yaradılmasında məqsəd Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasını təmin etməkdir.

Digər xəbərlər

Xəbər lenti

Sabaha gözlənilən hava şəraiti

Moskvada rekord isti qeydə alınıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi