Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycan idmançısı Dünya Kubokunda gümüş medal qazandı

news photo

16.03.2019 15:19 // İdman

Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda sərbəst halqalarla hərəkətlərin yekunu üzrə qaliblər müəyyənləşib.

Youthportal.az xəbər verir ki, Azərbaycan idmançısı Nikita Simonov uğurla çıxış edərək 14.800 bal toplayıb. Bu nəticə ilə təmsilçimiz gümüş medal qazanıb.

Böyük Britaniya gimnastı Kortni Tallok 14.933 balla birinci olub. Bürünc medala isə Ukrayna təmsilçisi İqor Radivilov (14.666) yiyələnib.

Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kuboku keçirilir.

Martın 17-nə qədər davam edəcək turnir Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq istəyən gimnastlar üçün mühüm keçid rolunu oynayacaq. Belə ki, olimpiyadaya təsnifat xarakterli bu yarışda iştirak etmək üçün 41 ölkə qeydiyyatdan keçib. Medallar və lisenziya xalları uğrunda isə 121 kişi və 49 qadın idman gimnast mübarizə aparır.

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs 23 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi