Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycan idmançıları uşu üzrə dünya çempionatında güclərini sınayacaqlar

news photo

18.10.2019 14:45 // İdman

Oktyabrın 19-23-də Çinin Şanxay şəhərində keçiriləcək uşu üzrə XV dünya çempionatında Azərbaycan idmançıları da iştirak edəcəklər.

Azərbaycan Uşu Federasiyasından verilən məlumata görə, ölkəmizi Şanxayda Avropa çempionu, IV İslam Həmrəyliyi Oyunlarının bürünc və dünya çempionatının gümüş mükafatçısı Orxan Hətəmov (48 kq), dördqat Avropa çempionu, İslam Həmrəyliyi Oyunlarının mükafatçısı Elçin Eminov (56 kq), İslam Həmrəyliyi Oyunlarının bürünc və gümüş medalçısı Ruslan Pirəliyev (65 kq) təmsil edəcəklər.

Uşu üzrə yığma komandamız dünya çempionatında federasiyanın prezidenti və baş məşqçisi Azər Həsənsoyun və böyük məşqçi Baharətdin Səlimovun rəhbərliyi altında mübarizə aparacaqlar.

Qeyd edək ki, Çində keçiriləcək dünya çempionatında 120-yə yaxın ölkənin idmançıları iştirak edəcəklər.

Digər xəbərlər

Xəbər lenti

"Mən bunu bilsəydim” adlı tədbir keçiriləcək

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi