Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycan idmançıları Moskvada dünya rekordunu qıraraq çempion olublar

news photo

10.12.2019 14:30 // İdman

Rusiyanın paytaxtı Moskva şəhərində WRP (World Raw Powerlifting) Federasiyasının keçirdiyi dünya çempionatı başa çatıb.

Youthportal.az xəbər verir ki, pauerliftinq üzrə dünya çempionatında Azərbaycan “Powerlifting” idmançıları tam heyətlə iştirak ediblər.

Azərbaycan Pauerliftinq Federasiyasının prezidenti Ələddin Əliyevin, vitse-prezident Rüfət Ağayevin və baş məşqçi Azər Mustafayevin başçılığı ilə dünya çempionatına yollanan idmançılarımızın nəticələri ürəkaçan olub.

Belə ki, 75 kiloqram çəki dərəcəsində çıxış edən Rövşən Xəlilov iki qızıl və bir gümüş medal qazanıb. O, üç hərəkətin cəmində 685,5 kiloqram qaldıraraq, dünya çempionu olub. Həmçinin, iki hərəkətin cəmində də Xəlilov dünya çempionluğu qazanıb. Onun bu nəticələri dünya çempionatının ikinci ən yaxşı nəticəsi sayılıb və beləcə, ona daha bir gümüş medal verilib.

Bundan başqa, idmançılarımız Ədilə Qurbanova, Elvin Müzəffərov (hər ikisi -67,5 kiloqram), Ramil Əhmədov (-90 kiloqram), Razim Hüseynov, Nicat Xosrovzadə (hər ikisi -125 kiloqram) qızıl medal qazanıblar.

Ramin Rzayev (-75 kq), Əli Əsgərov (-82 kq), Hafiz Verdiyev (-100 kq) və Aydın Hümbətov (-110 kq) gümüş medala yiyələniblər.

Qeyd edək ki, bu yarışda Razim Hüseynov da 960 kiloqram nəticə ilə dünya rekorduna imza atıb.

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda 28 dərəcə isti olacaq

Atəşkəs 22 dəfə pozulub

Sabah 34 dərəcə isti olacaq

Gənclər “Tələbə baharı”na dəvət olunur

UNEC onlayn idarəetməyə keçdi

Azərbaycanda Novruz bayramıdır

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi