Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycan hərbçiləri “Beynəlxalq Ordu Oyunları - 2018” yarışlarında iştirak edəcək

news photo

18.07.2018 14:00 // Siyasət

“Beynəlxalq Ordu Oyunları - 2018” yarışları çərçivəsində iyulun 28-dən avqustun 11-dək Azərbaycan, Belarus, Qazaxıstan, Çin, İran və Rusiya ərazisində ümumilikdə 28 müsabiqə təşkil olunacaq.

Müdafiə Nazirliyindən Youthportal.az-a verilən məlumata görə, Azərbaycan hərbçiləri 5 müsabiqədə iştirak edəcək.

Hərbçilərimiz ölkəmizdə keçiriləcək “Dəniz kuboku” ilə yanaşı Rusiyada “Tank biatlonu” və “Səhra mətbəxi”, Qazaxıstanda “Artilleriya atəşinin ustaları” və Belarusda “Snayper həddi” müsabiqələrinə qatılacaqlar.

Bundan əlavə, hərbçilərimiz İranda keçiriləcək “Dərinlik” və Rusiyada təşkil olunacaq “Qoşun kəşfiyyatı əlaçıları” müsabiqələrində ölkəmizi müşahidəçi qismində təmsil edəcəklər.

Digər xəbərlər

Xəbər lenti

Ucarda layihənin təqdimatı keçirildi (FOTO)

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi