Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycan Gürcüstanda keçiriləcək rəsm sərgisində təmsil olunacaq

news photo

16.05.2019 17:09 // Cəmiyyət

Mayın 17-də Gürcüstan paytaxtında Tbilisi incəsənət sərgisi (Tbilisi Art Fair) açılacaq.

Youthportal.az xəbər verir ki, 16 ölkədən 33 qalereya və 38 rəssamın qatılacağı beynəlxalq sərgidə Azərbaycan da təmsil olunacaq. İştirakçı ölkələr arasında Gürcüstanla yanaşı, Azərbaycan, Fransa, İtaliya, Bolqarıstan, Serbiya, İsveçrə, Avstriya, Çin, ABŞ, Kuba, Belçika, Almaniya, İspaniya, Portuqaliya və Litva da var.

Mayın 19-dək davam edəcək sərgi iki pavilyonda təşkil olunacaq. Pavilyonların birində yerli və xarici ölkələrin qalereyalarının əsərləri sərgilənəcək, digərində isə iştirakçı rəssamlar üçün seminarlar təşkil olunacaq.

Tədbir Gürcüstan hökuməti və Tbilisi meriyasının dəstəyi ilə keçiriləcək.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Digər xəbərlər

Xəbər lenti

İnstitut işçi axtarır

Milli qurtuluş, xalqın zəfəri...

Sabaha gözlənilən hava şəraiti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi