Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycan güləşçisi Ermənistan idmançısına qalib gələrək Avropa çempionatının finalına yüksəlib

news photo

11.02.2020 10:15 // İdman

Fevralın 10-da İtaliyada keçirilən güləş üzrə Avropa çempionatında Azərbaycan idmançısı ermənistanlı rəqibinə qalib gələrək Avropa çempionatının finalına yüksəlib.

Youthportal.az xəbər verir ki, birinci yarış günündə 55, 63, 77, 87 və 130 kiloqram çəki dərəcəsində çıxış edən yunan-Roma güləşçiləri mübarizə aparır.

Güləşçimiz Sənan Süleymanov debütdə Bolqarıstanı təmsil edən erməni güləşçiyə qalib gəlib. Sonra İtaliya idmançısına şans verməyən güləşçimiz dörddəbir finala vəsiqə qazanıb. Bu mərhələdə Yunanıstan idmançısı ilə görüş dramatik alınıb. Əzmkarlıq nümayiş etdirən Sənan son saniyələrdə uğurlu fənd işlədərək rəqibinin kürəyini yerə sıxıb və yarımfinala yüksəlib. Yarımfinalda təcrübəli Ermənistan güləşçisi ilə prinsipial görüşdən də üzüağ çıxan S.Süleymanov debüt etdiyi qitə birinciliyinin finalına vəsiqə qazanıb.

Mübarizəyə dörddəbir finaldan qoşulan Eldəniz Əzizli Ermənistan idmançısını çətinlik çəkmədən məğlub edərək adını yarımfinala yazdırıb. Finalın bir addımlığında Bolqarıstan güləşçisiylə qarşılaşan Eldəniz ilk hissəni 5:0 öndə tamamlasa da, yekunda məğlubiyyətdən xilas ola bilməyib.

Pəhləvanlarımızdan Taleh Məmmədov ilk görüşdə Rusiya güləşçisiylə bacarmayıb. Ancaq rəqib finala yüksəldiyi üçün T.Məmmədov ikinci yarış günündə təsəlliverici görüşə çıxmaq hüququ qazanıb.

İslam Abbasov ilk mərhələdə, yanvarda Fransa “Qran-pri”sində məğlub olduğu Kiril Maskeviçlə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən görüşdə həmyerlimiz belaruslu rəqibindən revanş alıb. İslam səkkizdəbir finalda polşalı həmkarından güclü olub. İ.Abbasov dörddəbir finalda Bolqarıstan təmsilçisini “tuşe” ilə üstələyərək yarımfinala adlayıb.

Digər xəbərlər

Xəbər lenti

Koronavirusla bağlı rəsmi XƏBƏRDARLIQ

Atəşkəs 23 dəfə pozuldu

AzMİU-da Karyera sərgisi təşkil olunub

Qaradağlı faciəsindən 28 il ötür

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi