Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycan Güləş Federasiyasında 2018-ci ilin yekunları müzakirə edilib

news photo

28.12.2018 16:30 // İdman

Azərbaycan Güləş Federasiyası (AGF) 2018-ci ilə yekun vurub.

Youthportal.az xəbər verir ki, AGF-in baş katibi Orxan Məmmədovun rəhbərliyi altında qurumun əməkdaşları çay süfrəsi arxasında bir araya gəliblər.

AGF-in prezidenti vəzifəsini icra edən Namiq Əliyevin adından güləş ictimaiyyətini Yeni il münasibətilə təbrik edən baş katib deyib: “Bu il müəyyən çətinliklərlə üzləşsək də, yarışlarda göstərdiyimiz nəticələri uğurlu saymaq olar. Bütün yaş qruplarında dünya və Avropa çempionatlarında çempionlarımız oldu. Qazanılan uğurlar hamımızın əməyinin nəticəsidir. Növbəti il daha çətin və məsuliyyətli ildir. Əl-ələ verib, uğurlara doğru addımlamalıyıq”.

Daha sonra AGF-in idman şöbəsinin müdiri Yaqub Məmmədov təbrikini çatdırıb: “Hamınızı 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edirəm. Namiq Əliyev yenidən federasiyamıza qayıtdıqdan sonra sabitlik yarandı, problemlər arxada qaldı. Arzu edirəm ki, 2019-cu ildə heç bir çətinliklə üzləşməyəsiniz. Ölkə rəhbərliyi də AGF-yə dəstəyini əsirgəmir. Gələn il Avropa Gənclərinin Olimpiya Festivalında uğurlu çıxış etməliyik. Güləş hər zaman Olimpiadada ölkəyə ən çox medal qazandıran idman növü olub. Pekində 4, Londonda 7, Rioda isə 9 güləşçimiz fəxri kürsüyə qalxdı. Tokioda da bizdən çoxlu medal gözlənilir. Bunun üçün Olimpiadaya maksimum sayda lisenziya qazanmalıyıq”.

Bu yaxınlarda Olimpiya kateqoriyalı hakim olan Sədi Quliyevə təbriklər çatdırıldıqdan sonra xatirə şəkli çəkdirilib.

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs 23 dəfə pozulub

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycanda Novruz bayramı qeyd edilir

Ceki Çan "Alpinistlər" filmində

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi