Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycan gimnastları Rusiyada üç medal qazanıblar

news photo

21.12.2017 19:02 // İdman

Azərbaycanın idman gimnastları Rusiyanın paytaxtı Moskvada kişi və qadınlar arasında keçirilən Mixail Voronin adına kubokda 3 medal qazanıblar.

Youthportal. az xəbər verir ki, qadınlardan Marina Nekrasova və Yuliya İnşına ilk olaraq komanda hesabında fərqləniblər. Onlar yalnız Rusiya və Özbəkistan komandasından geri qalaraq, 95.950 xalla turnirin bürünc medalına layiq görülüblər.

Nekrasova ayrı-ayrı alətlər üzrə finallarda şəxsi hesabına da medal yazdırmağı bacarıb və sərbəst hərəkətlərdə 12.266 xalla ikinci yeri tutub. O, gimnastika tiri üzrə yarışda da fərqlənib. Yığma üzvü 2.433 xalla bürünc medala sahib çıxıb.

Azərbaycanın gənc təmsilçisi Samirə Qəhrəmanova öz yaşıdları arasında çöxnövçülükdə 23-cü yerdə qərarlaşıb.

Kişi gimnastlar arasında isə Azərbaycanı Cavidan Babayev, Timur Bayramov və Səməd Məmmədli təmsil ediblər. Ən yaxşı nəticəni Babayev sərbəst hərəkətlərdə, Məmmədli isə turnikdə göstərib. Hər iki gimnast final çıxışlarını 8-ci yerdə bitiriblər.

Digər xəbərlər

Xəbər lenti

Ətrafa dağılan obyektləri yığan robot

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi