Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycan gimnastı Dünya Kuboku yarışında qızıl medal qazanıb

news photo

04.10.2017 14:33 // İdman

<p>Portuqaliyada keçirilən Dünya Kuboku yarışlarında batut gimnastikası üzrə yığma komandamızın üzvü Mixail Malkin tamblinq cığırında qələbə qazanıb.</p>

<p>Azərbaycan Gimnastika Federasiyasından bildiriblər ki, 20-dən çox ölkənin idmançılarının iştirak etdikləri turnirin təsnifat mərhələsində inamlı çıxışı ilə hakimlərdən ən yüksək xal alan gimnastımız final mərhələsinə vəsiqəni təmin edib. Həlledici mərhələdə də proqramını qüsursuz icra edən idmançımız bütün rəqiblərini geridə qoyaraq Dünya Kubokunun qızıl medalına sahib olub.</p>

<p>Xatırladaq ki, M.Malkin bu ilin fevralında Bakıda təşkil olunmuş Dünya Kuboku mərhələsində gümüş medal qazanıb. Gimnastımız oktyabrın ilk həftəsində İspaniyada keçiriləcək beynəlxalq turnirdə və noyabrın 9-11-də Sofiyada təşkil ediləcək dünya yaş qrupu yarışlarında iştirak edəcək.</p>

<p></p>

Digər xəbərlər

Xəbər lenti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi