Ru
Bakı
USD
EUR
GBP
RUB

“Azərbaycan gəncliyi və Heydər Əliyev” mövzusunda silsilə tədbirlər yekunlaşıb (FOTO)

news photo

11.05.2018 12:55 // Gənclər üçün

Bakıda yerləşən ali təhsil müəssisələrində “Azərbaycan gəncliyi və Heydər Əliyev” mövzusunda silsilə tədbirlər keçirilib. Tədbirlər Gənclər və İdman Nazirliyinin, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) dəstəyi ilə 15-ə yaxın təhsil müəssisəsində universitetlərin Tələbə Gənclər Təşkilatlarının (TGT) təşkilatçılığı ilə baş tutub.

ATGTİ- dən youthportal- a bildirilib ki, tədbirlərdə iştirak edən Gənclər və İdman Nazirliyinin nümayəndələri və ATGTİ-nin sədr müşaviri Hüseyn Babayev ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin bütün dövrlərində Vətən və xalq qarşısındakı misilsiz xidmətlərindən danışıblar. Qeyd olunub ki, müstəqil Azərbaycanda dövlət gənclər siyasətinin banisi olan ulu öndər Heydər Əliyev daim gənclərə xüsusi diqqət və qayğı göstərib. Daha sonra çıxış edən tələbələr tərəfindən diqqətə çatdırılıb ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasəti bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf etdirilir.

Ümumilikdə tədbirlər Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası, Azərbaycan Tibb Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Kooperasiya Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Dövlət Dənizçilik Akademiyası, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və bir sıra müəssisələrdə də həyata keçirilib.

news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Cəbhədə atəşkəs 24 dəfə pozuldu

Məhəmməd Hadinin 140 illiyi qeyd olunacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi