Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycan Gənclərinin VIII Forumu keçilmişdir

news photo

16.11.2018 13:54 // Gənclər üçün

Bu gün Bakı Konqres Mərkəzində Azərbaycan Gənclərinin VIII Forumu keçirildi. 

Youthportal.az xəbər verir ki, tədbirdə Gənclər və İdman Naziri Azad Rəhimov, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Tahir Süleymanov, Milli Məclisin Gənclər  və idman komitəsin sədri Ülvi Quliyev və digər deputatlar, Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov, Gənclər Fondunun İcraçı direktoru Fərid Cəfərov, müxtəlif gənclər təşkilatlarının rəhbərləri, ölkəmizin fəal gənclərinin nümayədləri, idmançı və hərbiçi gənclər iştirak etdilər.

Forumun açılış mərasimi Azərbaycan Dövlət Himninin səslənməsi ilə başladı.

Bundan sonra isə, Ümumilli lider Heydər Əliyev və Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükütla yad edildi.

Tədbirdə iştirak edən Birinci Vitse Prezident Mehriban Əliyevanın köməkçisi, Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev Prezident İlham Əliyevin forum iştirakçılarına ünvanlandırdığı təbrik məktubunu səsləndirdi.

Sonra VIII Azərbaycan Gənclər formuna qədər görülən iş və layihələri özündə əks etdirən videoçarx tədbir iştirakçılarına təqdim olundu.

Tədbirdə çıxış etmək üçün söz Azərbaycan Republikasının Gənclər Və idman Naziri Azad Rəhimova verildi.

Azərbaycan gənclərinin inkişafı, onların fəaliyyətinin genişlənməsi üçün görülən işlərdən danışan nazir Azərbaycan Gənclərinin VIII forumun Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinin keçilrildiyi ilə təsadüf etməsindən məmnun olduğunu bildirdi: ” Azərbaycanda əminliklə demək olar ki, gənclər siyasəti ardıcıl və sisitemli aparılır, onun nəticələri ölçülə biləcək göstəriciləri sübut edir. Dünyada gedən bir sıra proseslərə adekvat cavab verir. Bəllidir ki, bəzi istiqamətlər də keçililən uğurlu tədbirlər mexanizmlərə çevrilir. Başqa ölkələr tərəfindən öyrənilir və medrn olaraq tətbiqinə qərar verilir”.

Sonunda isə Nazir Azərbaycan gənclərinin VIII forum gənclərin həyatında yadda qalan tədbirə çevriləcəyini dair əminliyini qeyd etdi.

Forumda çıxış edən Milli Məclisin Gənclər və idman komissiyasının sədri Ülvi Quliyev çıxışı zamana qeyd edib ki,   "2002-ci ildə qəbul edilən "Gənclər siyasəti" haqqında qanun yeni dövrə uyğun olaraq dəyişdirilir".

Onun sözlərinə görə, gənclər siyasəti ilə bağlı olan Gənclər və İdman Nazirliyi, Prezident Administrasiyasının müvafiq şöbəsi, Gənclər Fondunun, gənclər təşkilatlarının tövsiyələri, rəyləri alınaraq "Gənclər siyasəti" haqqında qanun layihəsində bu yaxın vaxtlarda dəyişiklik ediləcək: "Çalışacağıq ki, bu qanun qısa müddətdə qüvvəyə minsin. Qanunda əsas mahiyyət Azərbaycanda gənclər siyasətinə dəstəkdir. Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm və tərkib hissəsidir. Azərbaycan gəncləri bütün sferalarda təmsil olunurlar və aktivdilər. Ona görə də gənclər dövlətimizin aparıcı qüvvəsinə çevrilib. Müstəqillik dövründən bu günə qədər gənclər uğurlu layihələrə imza atıblar".

Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov dövlət gənclər siyasətinin muxtar respublikada da uğurla həyata keçirilməsi nəticəsində əldə olunan uğurlardan danışıb. Bildirilib ki, muxtar respublikada gənclərin problemlərinin həlli, onların məşğulluğu, yaradıcı təşəbbüslərini reallaşdırılması, gənclər arasında sağlam həyat tərzinin təbliği məsələlərinə xüsusi diqqət yetirilir.

Muxtar respublika əhalisinin 140 min nəfərini (30,8 faiz) gənclərin təşkil etdiyini deyən A.Cabbarov bildirib ki, gənclərin vətənpərvərlik tərbiyəsinə xüsusi diqqət yetirilir, onların muzeylərə, tarixi abidələrimizə ekskursiyaları təşkil olunur. Bu gün əldə olunan uğurlar bu sahəyə yüksək diqqət və qayğının göstəricisidir.

Naxçıvan Muxtar Respublikasında gənclərin fiziki inkişafının, sağlamlıqlarının qorunması, bədən tərbiyəsi və idmanın kütləviliyinin artırılması baxımından görülən işlərdən danışan A.Cabbarov vurğulayıb ki, muxtar respublikada bu imkanlardan bəhrələnən gənclərin sayı 40 minə yaxındır. Bu diqqətin nəticəsidir ki, naxçıvanlı idmançılar yerli və beynəlxalq turnirlərdə böyük uğurlar qazanırlar. Naxçıvanlı idmançılar il ərzində ümumilikdə 172, o cümlədən ölkə birinciliklərində 84, beynəlxalq turnirlərdə 83, Avropa çempionatlarında 3, dünya çempionatlarında 2 medal qazanıblar.

Muxtar respublikanın gənclər və idman naziri bildirib ki, Naxçıvanın 2018-ci il Azərbaycanın Gənclər Paytaxtı və İslam Mədəniyyətinin Paytaxtı seçilməsi muxtar respublika gənclərinin inkişafında, onların fəallıqlarının artırılmasında və beynəlxalq əlaqələrinin gücləndirilməsində mühüm rol oynayıb. O, çıxışının sonunda muxtar respublika gənclərinə göstərilən yüksək diqqət və qayğıya görə naxçıvanlı gənclər adından Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.

Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov çıxışında ölkəmizdə gənclərin bilik və bacarıqlarının inkişafı, onların təşəbbüs və layihələrinin dəstəklənməsi istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, Azərbaycan gənclərə göstərilən xidmət və yaradılan şərait baxımından dünyanın ən qabaqcıl ölkələrindəndir. Azərbaycan, həmçinin BMT-nin “İnsan İnkişafı İndeksi”ndə də dünyada ilk sıralardadır.

Dövlətimizin başçısının diqqət və qayğısı nəticəsində ölkəmizdə digər qurumlar kimi, Gənclər Fondunun da bu sahədə səmərəli fəaliyyət göstərdiyini vurğulayan F.Cəfərov Prezident İlham Əliyevin Sərəncamı ilə Fondun fəaliyyət dairəsinin və səlahiyyətlərinin genişləndirilməsinin gənclər üçün yeni imkanlar yaratdığını diqqətə çatdırıb. Bildirib ki, yaradılan imkanlardan bəhrələnən gənclərimiz ən müasir biliklərə yiyələnərək ölkəmizi beynəlxalq arenada uğurla təbliğ edir, dövlətimizin inkişafına mühüm töhfə verir, Vətənimizin keşiyində ayıq-sayıq dayanırlar.

Gənclərin ölkəmizin və cəmiyyətin inkişafında rolunu artırmaq, onların əlaqələrini gücləndirmək, dövlət və vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığı inkişaf etdirmək baxımından Forumun əhəmiyyətini yüksək qiymətləndirən Fondun sədri tədbirin işinə uğurlar arzulayıb.

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (GTMŞ) sədri Məryəm Məcidova sıralarında 127 təşkilatın birləşdiyi qurumun ötən dörd ildəki fəaliyyətinin yekunları barədə məlumat verib. M.Məcidova bu tədbirlər arasında Azərbaycan Könüllülük Xidməti, “Xətdə”, BMT ilə birgə reallaşdırılan “Gənclər daha yaxşı gələcək uğrunda”, “Nifrət nitqinə yox” və s. layihə, kampaniya və proqramların uğurla reallaşdırıldığını bildirib. Diqqətə çatdırılıb ki, beynəlxalq əlaqələrin inkişafına xüsusi diqqət yetirən Şura Avropa Könüllülük Xidməti, “ERASMUS+” proqramları üzrə, eləcə də Avropa Gənclər Fondu və digər qurumlarla səmərəli əməkdaşlıq etdiyini deyib. Bildirib ki, Şura son dörd ildə 150-yə yaxın beynəlxalq tədbirdə ölkəmizi təmsil edib.

Gələcək planlardan danışan M.Məcidova paytaxt və region gəncləri arasında əlaqələrin gücləndirilməsi və Dayanıqlı İnkişaf Məqsədlərinin reallaşdırılması istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib.

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov Azərbaycan gəncliyinin bugünkü inkişafının, əldə etdiyi mühüm uğurların əsasında ulu öndər Heydər Əliyevin diqqət və qayğısının, uzaqgörənliklə əsasını qoyduğu dövlət gənclər siyasətinin yüksək səviyyədə reallaşdırılmasının dayandığını deyib. Qeyd olunub ki, bu yüksək diqqət və qayğı nəticəsində gündən-günə inkişaf edərək ən müasir tələblərə cavab verən Azərbaycan gəncləri ölkəmizi beynəlxalq təşkilatlarda, tədbir və forumlarda uğurla təmsil edirlər. Təsadüfi deyil ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə irəli sürülən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində bir sıra ölkələr və beynəlxalq qurumlar Xocalı soyqırımını tanıyıb.

Sonra Dünya Skautlar Təşkilatının icraçı direktoru Əhməd Əlhəndavinin və BMT baş katibinin gənclər üzrə xüsusi elçisi xanım Cayatma Vikramanayakenin Azərbaycan Gənclərinin VIII Forumunun iştirakçılarına videomüraciətləri dinlənilib.

Videomüraciətlərdə Azərbaycan dövlətinin dünyada gənclər siyasətinin inkişafına mühüm töhfələr verdiyi xüsusi vurğulanıb. Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda gənclərin inkişafı, onların beynəlxalq əlaqələrinin genişləndirilməsi üçün əlverişli şərait yaradılıb. Videomüraciətlərdə Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq konfrans və forumların beynəlxalq gənclər hərəkatının inkişafında rolu yüksək qiymətləndirilib.

Tədbirin yekununda qətnamə və VIII Forumun iştirakçılarının adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul ediləcək.

Xatırladaq ki, Azərbaycan gənclərinin cəmiyyətin inkişafında və öz problemlərinin həllində rolunu artırmaq, ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltmək, paytaxt və regionlarda yaşayan gənclərin fikir mübadiləsinə şərait yaratmaq, gənclər və dövlət qurumları, hökumət nümayəndələri ilə açıq ünsiyyəti asanlaşdırmaq məqsədilə Ümumilli Lider Heydər Əliyev tərəfindən hələ 1995-ci ildə Azərbaycan Gənclərinin Forumunun keçirilməsi təşşəbbüsü irəli sürülmüşdir.

Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirliyinin təşəbbüsü və Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 1996-cı il fevralın 2-də Azərbaycan Gənclərinin I Forumu keçirilmişdir.

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs 23 dəfə pozulub

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycanda Novruz bayramı qeyd edilir

Ceki Çan "Alpinistlər" filmində

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi