Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycan gənclərinin VIII Forumu çərçivəsində Naxçıvanda zona toplantısı keçirilib

news photo

24.10.2018 14:00 // Gənclər üçün

Bu gün Naxçıvan Muxtar Respublikası Dövlət Musiqili Dram Teatrında  Azərbaycan gənclərinin VIII Forumu çərçivəsində zona toplantısı öz işinə başlayıb. 

Tədbirdə Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli, Təhsil nazirinin müavini Firudin  Qurbanov, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov,  Narkotiklərə dair Milli Təbliğat Ofisinin rəhbəri Məzahir Əfəndiyev, Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov,  Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev və digər rəsmilər iştirak edirdilər. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd edildiyi  bir dönəmdə keçirilən və Naxçıvanın 8 rayonundan ümumilikdə 360-dan çox gəncin qatıldığı forumun şüarı: “Cümhuriyyət varisləri- Azərbaycanın gələcəyi” adlanırdı.

Rəsmi hissədən öncə iştirakçılar Ümummilli lider Heydər Əliyevin heykəli önünə gül qoyub,  Heydər Əliyev muzeyini ziyarət etdilər. Daha sonra forum öz işinə başladı.   Çıxışında nazir Azad Rəhimov Azərbaycan gənclərinin birinci forumunun ümumilli lider Heydər Əliyevin təşəbbüsü ilə keçirildiyini və  bu forumda  gənclərin ölkənin həyatına etinzasız olmamalarının, fəal çalışmalarının əsas çağırış olduğunu bildirdi. Daha sonra nazir Azərbaycan gənclərinin VIII Forumuna hazırlığından, ən fəal gənclərin  bu toplantılarda bir araya gəlib fikir mübadiləsi aparmalarından, ümumilikdə görülən işlərin mühüm tərəflərindən söz açdı.  Azad Rəhimov bildirdi ki, oktyabr ayı ərzində gənclərin müxtəlif maraqları, problemləri, ölkənin inkişafında rolu, eləcə də Dayanıqlı İnkişaf Məqsədləri və Strateji Yol Xəritələrinin icrasında iştirakı geniş müzakirə edilir və burada  2 mln 700 min Azərbaycan gənclərinin çoxsaylı nümayəndəsi iştirak edir.  Nazir vurğuladı: “Vətənpərvərlik xalqına, köklərə inam, onlara bağlılıq; xalqa, Vətənə hörmət və məhəbbət, onların müdafiəsi üçün hazırlıq, və praktiki hərəkətdir. Mən rayonlarda vətənpərvərlik sahəsində aparılan işləri qeyd etmək istəyirəm. AXC-nin 100 illiyi ərəfəsində yalnız rayon idarələrimiz tərəfindən 450 tədbir keçirilmişdir.”  

Azad Rəhimov, çıxışında nazirliyin həyata keçirdiyi  “Tarixin canlı səhifələri”, "Virtual Qarabağ" , "Mən Azərbaycanlıyam" televiziya proqramı,"Şahin" hərbi-idman oyunları, "Qəhrəmanlarımızı tanıyaq və tanıdaq" və digər bu kimi layihələr haqqında məlumat verdi. Azad Rəhimov dedi: “Vətəndaşlıq və vətənpərvərlik insanın daxili hissləridir. Onu adi vaxtda "görmək" və yaxud "ölçmək" mümkün deyil. Lakin hər birimiz bütün həyat boyu vətəndaş olmağımızı ən adi işlərdə təsdiqləyirik: işə münasibətdə, ailədə və cəmiyyətdə davranışla, seçkilərdə iştirakla, sosial şəbəkələrdə yazı yazdıqda, yazılanı bəyənib, bəyənmədikdə, könüllü olaraq layihələrə qoşulduqda.”

Forumun rəsmi hissəsindən sonra Bakıda keçiriləcək Azərbaycan Gənclərinin VIII ci Forumunda iştirak edəcək nümayəndə heyətinin adları və konfrnasın qərar hissəsi oxundu . Rəsmi hissədən sonra iştirakçılara Naxçıvan Dövlət Rəqs və Mahnı ansamblının kollektivi konsert proqramı təqdim edildi.

                                                          

news photo news photo news photo news photo news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

İki əsrin hekayələri

Hindistan kosmosa robot göndərəcək

Atəşkəs 30 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi