Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycan gənclərinin Mərakeşə səfəri baş tutub (FOTO)

news photo

18.09.2018 15:23 // Gənclər üçün

Bu ilin 1-13 sentyabr tarixlərində bir qrup Azərbaycanlı gəncin Mərakeş Krallığına səfəri baş tutub. Səfərin proqramına əsasən nümayəndə heyəti Mərakeşin tarixi, mədəniyyəti, təbiəti, adət-ənənələri, turizmi, milli mətbəxi ilə yaxından tanış olublar. Səfər çərçivəsində gənclər  Mərakeş Krallığının Gənclər və İdman Nazirliyində görüşdə iştirak ediblər.

Nazirlikdən Youthportal.az-a bildirilib ki, bununla yanaşı, səfər müddətində nümayəndə heyəti Azərbaycan Respublikasının Mərakeş Krallığındakı Səfrirliyində olmuş, Fövqəladə və Səlahiyyətli Səfir Tarik Əliyevlə görüşüblər.

Qeyd edək ki, səfər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.8.1-ci (Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr çərçivəsində gənclər siyasəti sahəsində ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi) yarımbəndinə və Azərbaycan Respublikası ilə Mərakeş Krallığının Gənclər və İdman Nazirlikləri arasında imzalanmış əməkdaşlıq protokoluna əsasən baş tutmuşdur.

news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Ceki Çan "Alpinistlər" filmində

Metroda pianoçunun solo konserti olacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi