Ru
Bakı
USD
EUR
GBP
RUB

“Azərbaycan gəncləri günü”nə həsr olunmuş “Gəncliyimizlə qürur duyuruq” mövzusunda konfrans keçirilib

news photo

02.02.2017 12:30 // Cəmiyyət

Fevralın 1-də Siyəzən rayon Gənclər və İdman idarəsi tərəfindən 2 Fevral “Azərbaycan gəncləri günü”nə həsr olunmuş “Gəncliyimizlə qürur duyuruq” mövzusunda konfrans keçirilib. Tədbirdə Siyəzən Rayon İcra Hakimiyyəti Aparatının məsul işçiləri, rayonun ictimai-siyasi və mədəni həyatında fəallığı ilə seçilən gənclər, tələbələr, həmçinin medya və rayon ictimaiyyəti nümayəndələri iştirak ediblər. Rayon Mədəniyyət Mərkəzində təşkil olunan tədbiri giriş sözü ilə açan Gənclər və İdman idarəsinin rəisi Nadir Məmmədov konfrans iştirakçılarını “Azərbaycan gəncləri günü” münasibəti ilə təbrik edib. Daha sonra əlamətdar gündən bəhs edən videoçarx nümayiş olunub. Sonra geniş hesabat məruzəsi ilə çıxış edən Gənclər və İdman idarəsinin rəisi dövlət gənclər siyasətinin əsas istiqamətləri, ötən il ərzində gənclər və idman sahələri üzrə idarə tərəfindən həyata keçirilən tədbirlər, görülən işlər və qazanılan nailiyyətlər barədə konfrans iştirakçılarına məlumat verib.

Tədbirdə şəhər 2 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Bəxtiyar Seyidov, Heydər Əliyev Mərkəzinin işçisi Günay Abdullayeva, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının magistri Sənan Ağayev və şəhər 5 saylı tam orta məktəbin fizika müəllimi Səlminaz Əliyeva çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, artıq 20 ildir qeyd etdiyimiz bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunmuşdur. Ümummilli lider Heydər Əliyevin gəncliyə göstərdiyi qayğının təzahürü kimi 2 fevral tarixi respublikamızda “Azərbaycan Gəncləri günü” elan olunmuşdur. Bu gün Azərbaycan gəncliyi ölkənin daxili ictimai-siyasi, həmçinin sosial-iqtisadi və digər sferalarında aktiv fəaliyyət göstərir, intellektual imkanları ilə dövlətçiliyimizin möhkəmləndirilməsi işinə öz töhfəsini verir. Çıxışlardan sonra 2 Fevral “Azərbaycan gəncləri günü” münasibəti ilə bir qrup gənc dövlət gənclər siyasətinin həyata keçirilməsində göstərdiyi xidmətlərə görə fəxri fərmanlarla təltif olunublar. Tədbirin sonunda yekun sözlə çıxış edən Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Balabəy Balabəyov bildirdi ki, dövlət tərəfindən daima gənclərə böyük diqqət göstərilir, onlara qayğı ilə yanaşılır. Ölkə gəncləri də ölkə başçısı cənab İlham Əliyevin uğurla apardığı daxili və xarici siyasət kursunu alqışlayr, bu siyasətin icrasında daim onun yanındadırlar. Çıxışının sonunda gənclərə dövlətə və cəmiyyətə xidmətdə uğurlar arzulayaraq onlara öz tövsiyə və məsləhətlərini verib.

Digər xəbərlər

Xəbər lenti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi