Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının yeni sədri seçilib (FOTO)

news photo

20.07.2018 14:14 // Siyasət

Bu gün Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) XV Hesabat-Seçki Qurultayı keçirilib.

Youthportal.az xəbər verir ki, qurultay Dövlət himninin oxunması və şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

ARGTMŞ sədri Seymur Hüseynov qurumun 2016-2018-ci illər üzrə hesabatını təqdim edib. S.Hüseynov qurultayda Şura sədrliyinə namizədliyini irəli sürməyəcəyini nəzərə çatdırıb, sədrliyə namizədliyi irəli sürüləcək gənclərə uğurlar arzulayıb.

Tədbirdə çıxış edən Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev ARGTMŞ-nin son 2 ildə bir çox uğurlara imza atdığını bildirib:

"Şura Avropa və Asiyada özünü etibarlı tərəfdaş kimi tanıdıb. ARGTMŞ dövlət qurumlarının da etibarlı tərəfdaşına çevrilib, bir sıra mühüm dövlət proqramlarının icrasında iştirak edib. Hər bir gənclər təşkilatları gənclərin problemlərini, mövqelərini toplamalı, ARGTMŞ-yə təqdim etməli və bu məsələlər təhlil edilərək ümumiləşdirilməlidir. Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynova ötən 2 il ərzində fəaliyyətinə görə təşəkkür edirəm".

Gənclər və idman nazirinin müavini İntiqam Babayev və Milli Məclisin Gənclər və idman komitəsinin sədri Ülvi Quliyev ölkədə həyata keçirilən gənclər siyasətindən danışıb.

Ü.Quliyev parlamentin payız sessiyasında gənclərlə bağlı qanunvericiliyə mütərəqqi dəyişikliklərin edilməsinin nəzərdə tutulduğunu qeyd edib.

ARGTMŞ-nin fəaliyyətini təqdir edən Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov isə Şuranın yeni seçiləcək rəhbərliyinə uğurlar arzulayıb.

Daha sonra ARGTMŞ sədrliyinə namizədliyini irəli sürmüş Məryəm Məcidova çıxış edib.

Qurultayda səsvermə nəticəsində M.Məcidova Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri seçilib.

Qeyd edək ki, M.Məcidova bundan əvvəl ARGTMŞ-nin baş katibi olub

news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

“Qobustan-tarixinin daş yaddaşı”

"Sevil" operası nümayiş olunacaq

Dumanlı hava şəraiti hökm sürəcək

Bölgələrimizdə kitaba maraq artır

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi