Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycan Gənclər Fondunun dəstəyi ilə Lənkəranda yaşayan gənclər üçün sahibkarlıq bacarıqlarının artırılması istiqamətində təlim keçirilib (FOTO)

news photo

27.01.2020 17:51 // Gənclər üçün

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə yardımı ilə 13-cü qrant müsabiqəsi üzrə Lənkəran rayonun fəal gənclərindən olan İbadzadə Şəbnəm İlkin qızı tərəfindən icra edilən “Region gənclərinin sahibkarlıq bacarıqlarının artırılması” layihəsi çərçivəsində Lənkəran rayonunda yaşayan gənclər üçün Lənkəran şəhəri Heydər Əliyev Mərkəzində yerləşən Gənclərin İnkişaf və Karyera Mərkəzində 25 və 26 yanvar 2020-ci il tarixində 2 günlük təlim proqramı həyata keçirilib. Təlimdə xüsusi müraciət forması əsasına seçilmiş 21 nəfər gənc iştirak etmişdir.

Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Şəbnəm İbadzadə Azərbaycan Gənclər Fondu və Fondun fəaliyyət istiqamətləri haqqında qeydlər etdikdən sonra layihənin məqsədləri barədə iştirakçıları məlumatlandırıb, onların layihədən əldə edəcəkləri bilik və bacarıqları diqqətə çatdırıb. Tədbirdə iştirak edən Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran nümayəndəliyinin direktoru Famil Məmmədov ölkədə həyata keçirilən dövlət gənclər siyasəti haqqında fikirlərini iştirakçılarla bölüşüb. O, həmçinin gənclərin bütün sahələrdə, o cümlədə sahibkarlıq sahəsində fəal iştirakını qeyd edərək müasir dövrün tələblərinə uyğun daha kreativ ideaların həyata keçirilməsində gənclərin iştirakının vacib olduğunu önə çəkib.

Biznes və karyera planlaşdırılması üzrə təlimçi Rafət Şirəliyev təlimin 1-ci və 2-ci günü Sahibkarlıq fəaliyyəti, Biznes nümunələri, İnvestisiyaların cəlbi, maliyyə sektorları ilə əməkdaşlıq, Rəqabət yaradacaq üstünlüklər, Biznes etikası, Risklərin idarə edilməsi, Biznes plan strukturu və hazırlanması üsulu, SWOT təhlil, Rəqiblərin təhlili, Marketinq plan, 4 C üsulu, 4 P prinsipi, Biznes planların hazırlanması üçün ideyaların müzakirəsi və s. mövzularda təlim iştirakçılarını məlumatlandırıb, iştirakçılara uğurlu biznes nümunələr göstərib və qrup işləri təşkil edilib.

Tədbirin sonunda təlimin qiymətləndirilməsi aparılıb, iştirakçılardan Aygün Kazımova, Pərvanə Əsədova, Cavid Ağacanov, Fərid İskəndərzadə və digər gənclər təlimi yüksək qiymətləndirib, layihənin həyata keçirilməsinin gənclər üçün çox vacib olduğunu dilə gətiriblər. Belə bir layihənin icrası üçün Azərbaycan Gənclər Fonduna, layihə rəhbəri və təlimçiyə təşəkkürlərini bildiriblər. Yekunda iştirakçılara sertifikatlar təqdim edilib və üzərində AzGF loqosu və layihənin adı yazılmış USB yaddaş kartları hədiyyə edilib.

Layihənin həyata keçirilməsində məqsəd sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən regionda yaşayan gəncləri üzə çıxarmaq, onları biznes istiqamətində maarifləndirilmək və öz ideyalarını reallaşdırmaq üçün onlara dəstək olmaqdan ibarətdir.

news photo news photo news photo news photo news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda 28 dərəcə isti olacaq

Atəşkəs 22 dəfə pozulub

Sabah 34 dərəcə isti olacaq

Gənclər “Tələbə baharı”na dəvət olunur

UNEC onlayn idarəetməyə keçdi

Azərbaycanda Novruz bayramıdır

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi