Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycan Gənclər Fondu Türkiyə Gənclər Fondu ilə əməkdaşlıq edəcək

news photo

10.01.2020 11:57 // Gənclər üçün

Azərbaycan və Türkiyənin Gənclər Fondları arasında əməkdaşlıq imkanlarının müzakirə edilməsi və təcrübə mübadiləsi aparılması məqsədilə Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov və Türkiyə Gənclər Fondunun (TUGVA) baş direktoru Enes Eminoğlu arasında görüş keçirilib.

Fonddan Youthportal.az-a verilən məlumata əsasən, 7 yanvar 2020-ci il tarixində İstanbul şəhərində keçirilən görüş zamanı dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən gənclər siyasəti, o cümlədən təhsil, fərdi ideyaların dəstəklənməsi, beynəlxalq təmsilçilik, məşğulluq və digər sahələrdə gənclər üçün icra olunan proqramlar barədə məlumat verilib, Gənclər Fondunun fəaliyyəti barədə geniş təqdimat edilib.

Görüş əsnasında iki qurum arasında əməkdaşlıq üçün mövcud imkanlar barədə fikir mübadiləsi aparılıb, xüsusilə tələbələrin dəstəklənməsi, gənclər mübadiləsi, beynəlxalq təmsilçilik, gənclərin potensialının artırılması, asudə vaxtın səmərəli təşkili və digər sahələrdə birgə layihələrin işlənib hazırlanması və həyata keçirilməsi barədə razılığa gəlinib. Həmçinin cənab Prezident İlham Əliyev tərəfindən 2020-ci ilin Azərbaycanda “Könüllülük ili” elan edilməsi nəzərə alınaraq, könüllülüklə bağlı hər iki ölkənin gənclərinin iştirakı ilə beynəlxalq layihələrin həyata keçirilməsi imkanları barədə müzakirələr aparılıb.

 

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda 28 dərəcə isti olacaq

Atəşkəs 22 dəfə pozulub

Sabah 34 dərəcə isti olacaq

Gənclər “Tələbə baharı”na dəvət olunur

UNEC onlayn idarəetməyə keçdi

Azərbaycanda Novruz bayramıdır

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi