Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycan Gənclər Fondu gənclər arasında turizm sahibkarlığına dəstək verir (FOTO)

news photo

12.11.2019 13:43 // Gənclər üçün

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə yardımı ilə "Müasir Gənclərin İnkişafına Dəstək” ictimai birliyi tərəfindən 01 Sentyabr 2019-cu il tarixdən icrasına başlanmış “Turizm sahibkarlığının inkişafı istiqamətində gənclərin peşəkarlıq səviyyəsinin artırılması” layihəsi çərçivəsində Lənkəran şəhərində ölkə gənclərini əhatə edən 3 günlük təlim və təcrübə proqramı həyata keçirilib. Tədbirdə qonaq qismində Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin əməkdaşları Əli Nurullayev və Ağakişi Baloğlanov iştirak etmişdir.

Tədbiri giriş sözü ilə açan "Müasir Gənclərin İnkişafına Dəstək” ictimai birliyinin sədri Mehman Əliyev Azərbaycan Gənclər Fondunun və təşkilatın fəaliyyəti haqqında məlumatları qeyd etdikdən sonra layihənin məqsədləri barədə iştirakçıları məlumatlandırıb, onların üzərinə düşən vəzifə və öhdəlikləri diqqətə çatdırıb. Birliyin sədri həmçinin ölkədə həyata keçirilən dövlət gənclər siyasəti haqqında fikirlərini iştirakçılarla bölüşüb. Gənclərin bütün sahəlrədə, o cümlədə sahibkarlıq sahəsində fəal iştirakını qeyd edərək turizm sahəsində sahibkarlığın önəminə də diqqət çəkib.

Təbirdə iştirak edən Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin əməkdaşları da tədbirin təşkilini təqdirəlayiq hesab edib, layihənin gənclər üçün faydasını dilə gətirib.

Biznes və karyera planlaşdırılması üzrə beynəlxalq təlimçi Rafət Şirəliyev təlimin 1-ci və 2-ci günü “Sahibkarlıq fəaliyyəti, ideyanın müəyyən edilməsi, biznes plan və sturkturu, marketinq planı, rəqiblərin təhlili, reklam üsulları, ölkəmizdə turizm sahəsində qəbul edilən son sərəncamlar və qanunlar,  turizm sahəsində ölkəmizdə fəaliyyət göstərən qurumlar, turizm sahiblarlığının növləri, turların təşkili, bələdçilik fəaliyyəti, ölkəmizdə turizimin inkişafı üçün təkliflər və görülməli işlər və s. mövzularda təlim iştirakçılarını məlumatlandırıb və qrup işləri təşkil edilib.

Tədbirin 3-cü günü isə Xanbulan gölü və Hirkan Milli Parkının ərazisindəki dəmirağac meşəliyi, Astara rayonunda Ləm adlanan XIX əsrə aid yay evi, Yanar bulaq, Ərçivan kəndindəki XIX əsrə aid hamam və Astara şəhərində yerləşən yeni salınmış Park-Bulvar ərazisi, Lənkəran şəhərindəki Xan evi və Dairəvi qalaya təcrübə turu təşkil edilərək, iştirakçılar məlumatlandırılıb.

Tədbirin yekununda iştirakçılara sertifikatlar təqdim edilib.

Layihənin həyata keçirilməsində məqsəd turizm sahibkarlığının inkişafı istiqamətində gənclərin peşəkarlıq səviyyəsini artırmaqla bu istiqamətdə xidmət keyfiyyətinin yüksəldilməsinə nail olmaq, onların məşğulluğunu təmin etmək, ölkəmizin turizm potensialını layiqli şəkildə təqdim etmək, bilavasitə bu sahədə gənclər arasında sahibkarlığın ikişafına dəstək olmaqdır.

news photo news photo news photo news photo news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Cəbhədə atəşkəs 24 dəfə pozuldu

Məhəmməd Hadinin 140 illiyi qeyd olunacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi