Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycan Estoniyada media və informasiya savadlılığının artırılması ilə bağlı tədbirdə təmsil olunub (FOTO)

news photo

03.09.2019 10:37 // Gənclər üçün

Estoniya Milli Agentliyi, Erasmus+ və SALTO Resurs Mərkəzinin təşkilatçılığı ilə 25 ölkədən 35 iştirakçı və media mütəxəssisləri ilə birlikdə yeni keyfiyyətli layihələrin hazırlanması və yaradılması üçün Estoniyanın paytaxtı Tallinndə “Media və informasiya savadlılığının artırılması” mövzusunda tədbir keçirilib.

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasından (ARGTMŞ) Youthportal.az-a bildiriblər ki, tədbirdə təşkilatın ictimaiyyətlə əlaqələr üzrə katibi Günel Salayeva iştirak edərək müxtəlif ölkələrdən olan mütəxəssislər və təlimçilər tərəfindən keçirilmiş təlim və vorkşoplarda fəal iştirak edib və digər iştirakçılarla fikir və ideyalarını bölüşüb.

“Media və informasiya savadlılığı” laboratoriyasında interaktiv şəkildə həyata keçirilən tədbirdə saxta xəbərlər və yanlış məlumatlar, kiberhücum, rəqəmsal təhlükəsizlik və media və informasiya savadlılığı ilə əlaqəli bir çox digər mövzular müzakirə olunub. İştirakçılar media və informasiya savadlılığı haqqında məlumat əldə edərək, həm də mütəxəssislər və digər iştirakçılarla birgə fikir mübadiləsi apararaq öz layihələrini reallaşdırmaq üçün bilik və bacarıqlarını artırıblar. Bundan başqa, media və informasiya savadlılığı haqqında faydalı, praktik və yaradıcı layihə, fikir və konsepsiyalarla tanış olublar. Mövcud ideyaları olan iştirakçılar bu yöndə maliyyə imkanlarını artırmaq üçün konsepsiyalarını və layihə üzrə planlarını daha da inkişaf etdiriblər.

news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi