Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycan ədəbiyyatı Belarusun mərkəzi kitabxanaları və universitetlərində

news photo

20.09.2019 17:02 // Təhsil

Ötən il Belarusda işıq üzü görmüş “Müasir Azərbaycan ədəbiyyatı antologiyası – Poeziya” kitabı (Azərbaycan Dövlət Tərcümə Mərkəzi) Belarusun mərkəzi və regional kitabxanalarına, eləcə də ali təhsil müəssisələrinə verilib.

Tərcümə Mərkəzindən Youthportal.az-a bildirilib ki, kitab Belarusun 50-yə yaxın ən nüfuzlu kitabxanasına yerləşdirilib. Bu siyahıda Minsk şəhəri mərkəzləşdirilmiş ictimai dövlət kitabxanaları sistemi, Minsk şəhəri mərkəzləşdirilmiş uşaq kitabxanaları sistemi, Minsk rayonu kitabxanalar şəbəkəsi, Smoleviçi rayonu kitabxanalar şəbəkəsi, Brest şəhəri ictimai kitabxanalar şəbəkəsi və digər oxucuların daha çox müraciət etdiyi kitabxanalar yer alır.

Qeyd edək ki, Belarusun “Zvyazda” nəşriyyatında nəşr edilmiş kitaba klassik və çağdaş poeziyamızın tanınmış simaları – Səməd Vurğun, Mikayıl Müşfiq, Rəsul Rza, Hüseyn Arif, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Mədinə Gülgün, Əliağa Kürçaylı, Əli Kərim, Nəriman Həsənzadə, Xəlil Rza Ulutürk, Məmməd Araz, Cabir Novruz, Tofiq Bayram, Fikrət Qoca, Musa Yaqub, Vaqif Səmədoğlu, Abbas Abdulla, İsa İsmayılzadə, Ələkbər Salahzadə, Nüsrət Kəsəmənli, Sabir Rüstəmxanlı, Zəlimxan Yaqub, Adil Mirseyid, Rüstəm Behrudi, Salam Sarvanın Belarus dilinə çevrilmiş şeirləri daxil edilib.

Digər xəbərlər

Xəbər lenti

Sumqayıtda fləşmob:Biz müstəqilik

Serbiyada təhsil təqaüd proqramı

Çağırış Kuboku yubileyini qeyd edir

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi