Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycan Dövlət Pedaqoji Universitetində tələbələrin qeydiyyata alınması başlanıb

news photo

15.08.2019 16:33 // Təhsil

Avqustun 15-dən Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) I tədris ilinə qəbul olunmuş tələbələrin qeydiyyata alınması başlanıb.

ADPU-dan Youthportal.az-a bildirilib ki, rektor Cəfər Cəfərov 2019-2020-ci tədris ilində universitetə qəbul olunmuş tələbələrin qeydiyyatının aparılması və sənədlərinin qəbul edilməsi haqqında əmr imzalayıb. Ali təhsilin bakalavriat səviyyəsinə qəbul olunmuş tələbələrin qeydiyyatının mövcud qaydalara uyğun təşkili və keçirilməsi məqsədilə universitetin 8 fakültəsinin - Filologiya, Riyaziyyat, Tarix və coğrafiya, Kimya və biologiya, Fizika, İbtidai təhsil, Məktəbəqədər təhsil, İncəsənət və fiziki tərbiyə fakültələrinin dekanlarından, dekan müavinlərindən və əməkdaşlarından ibarət sənəd qəbulu komissiyası yaradılıb. Komissiyanın məsul şəxsi Filologiya fakültəsinin Ədəbiyyat kafedrasının müdiri, dosent Razim Məmmədovdur.

Sənəd qəbulu komissiyasına universitetə qəbul olunmuş tələbələrin qeydiyyatı zamanı təqdim ediləcək sənədlərin müvafiq qaydada toplanıb işlənməsi tapşırılıb. Komissiya universitetə qəbul olunmuş I tədris ili tələbələrinin qanun çərçivəsində qeydiyyata alınmalarına və sənədləşmənin düzgün aparılmasına nəzarət edir. Komissiya ADPU-nun Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsi, 68 ünvanında yerləşən 1 nömrəli tədris binasında şənbə və bazar günləri istisna olmaqla, hər gün saat 9-dan 17-dək fəaliyyət göstərir. Tələbələrin qeydiyyatı zamanı növbəlilik prinsipinin, qayda-qanunun və nizam-intizamın qorunması diqqət mərkəzində saxlanılır. Qeydiyyat zamanı universitetlə tələbələr arasında imzalanan ikitərəfli müqavilənin məzmun və mahiyyəti, şərtləri onlara aydın izah edilir. Bu il ADPU-ya ali təhsilin bakalavriat səviyyəsində 22 ixtisas üzrə 2420 nəfər plan yeri ayrılıb.

Təhsil Nazirliyinin kollegiyasının məlum qərarına əsasən, ödənişli əsaslarla universitetə qəbul olunan, lakin maddi cəhətdən imkansız tələbələrə təhsil haqlarını yarımillik üzrə ödəmək üçün lazımi şərait yaradılır. ADPU-nun 5 filialında - Şəki, Şamaxı, Cəlilabad, Quba və Ağcabədi filiallarında, həmçinin ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində yaradılmış sənəd qəbulu komissiyaları da öz işlərinin öhdəsindən layiqincə gəlirlər.

Qeyd edək ki, ADPU-da tələbələrin qeydiyyata alınmaları zamanı bir yenilik də tətbiq edilir. Belə ki, tələbələr arasında sorğu keçirilir. Həmin sorğuda tələbələrin anket göstəriciləri, ADPU haqqında məlumatları, bu ali məktəbi seçmələrinin səbəbi, universitet haqqında ilk təəssüratları və digər vacib məqamlar öz əksini tapıb.

news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi