Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı beynəlxalq festivalda ali mükafata layiq görülüb (FOTO)

news photo

20.09.2019 10:12 // Cəmiyyət

Özbəkistanın qədim Xivə şəhərində “Rəqsin sehri” Beynəlxalq Festival keçirilib.

Mədəniyyət Nazirliyindən Youthportal.az-a verilən məlumata görə, festivala dünyanın 20 ölkəsindən və Özbəkistanın regionlarından gələn rəqs ansamblları qatılıblar.

Ölkəmizi bu festivalda Əməkdar mədəniyyət işçisi Elçin Abbasovun rəhbərliyi ilə Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı təmsil edib.

Festivalın təntənəli açılış mərasimi qədim “İçan Kala” Qoruq-Muzeyinin “Ata darvaza” giriş qapısının qarşısındakı meydanda olub.

İştirakçıları Özbəkistan Mədəniyyət nazirinin müavini Azadbek Nazarbekov və Xarəzm vilayətinin hakimi Farxod Ermanov salamlayıb, onlara bu nüfuzlu festivalda uğurlar arzulayıb.

Ölkəmizin Daşkənddəki səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi direktorunun müavini Polad Zeynalov ölkəmizdə mədəniyyət və incəsənətə dövlət qayığsından danışıb, bu sahədə Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi qeyd edib.

Festival çərçivəsində elmi-praktik konfrans, teatrlaşdırılmış şoular, xalq tətbiqi sənət nümunələrinin yarmarkası, Xarəzm yeməklərinin təqdimatı, bu sahələrdə ustad dərslərinin keçilməsi və digər tədbirlər reallaşıb.

Azərbaycan rəqqasları festivalda üç konsert proqramı təqdim ediblər.

Sonuncu gün keçirilən qala-konsertdə münsiflər heyətinin qərarı ilə Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı festivalın ali mükafatı - Qran-priyə layiq görülüb.

news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sumqayıtda fləşmob:Biz müstəqilik

Serbiyada təhsil təqaüd proqramı

Çağırış Kuboku yubileyini qeyd edir

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi