Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycan Dövlət İqtisad Universitetində Oriyentasiya Günü keçiriləcək

news photo

07.09.2017 15:42 // Cəmiyyət

Sentyabrın 14-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Oriyentasiya Günü keçiriləcək.

Youthportal.az xəbər verir ki, dünya universitetlərində ənənəvi təşkil olunan Oriyentasiya Gününün məqsədi yeni qəbul olan gəncləri ali məktəb həyatı ilə tanış etmək, onlara əyləncəli və pozitiv gün yaşatmaqdır.

Gün ərzində tələbələr üçün UNEC barədə təqdimatlar keçiriləcək, məlumat və bələdçi xidməti fəaliyyət göstərəcək. Eyni zamanda, tələbələr musiqi nömrələri ifa edəcək, onlar üçün əyləncəli oyunlar və rəsm sərgisi təşkil olunacaq. UNEC-in Karyera Mərkəzi universitetə yeni qədəm qoyan gənclərə məsləhətlər də verəcək.

Tədbir zamanı peşəkar foto və video xidməti fəaliyyət göstərəcək.

Oriyentasiya Günü saat 11-dən 15-dək UNEC-in bütün tədris binalarında keçiriləcək.

Universitetə yeni qəbul olan gənclərlə yanaşı, onların valideynləri və digər qonaqlar da tədbirə dəvətlidir.

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda 34 dərəcə isti olacaq

Kolleclərə ixtisas seçimi davam edir

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi