Ru
Bakı
USD
EUR
GBP
RUB

“Azərbaycan Dillər Universitetinin Nizamnaməsi” təsdiqlənib

news photo

13.09.2019 15:27 // Təhsil

Baş Nazir Novruz Məmmədov “Azərbaycan Dillər Universitetinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında Qərar imzalayıb.

Youthportal.az xəbər verir ki, Qərar “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 97-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 759 nömrəli Fərmanının 2.6.1-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə imzalanıb.

Qərara əsasən, Təhsil Nazirliyi Azərbaycan Dillər Universitetinin “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq zəruri tədbirlər görülməsini təmin edəcək.

Qeyd edək ki, Nizamnamədə universitetin fəaliyyətinin məqsədi və istiqamətləri, vəzifələri və hüquqları, idarə olunması, nizamnamə fondu, əmlakı və maliyyə fəaliyyətinin əsasları, universitetdə uçot və hesabat, universitetin yenidən təşkili və ləğv edilməsi kimi müddəalar əksini tapıb.

Digər xəbərlər

Xəbər lenti

Ucarda layihənin təqdimatı keçirildi (FOTO)

Sumqayıtda fləşmob:Biz müstəqilik

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi