Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycan Dillər Universitetinin magistrantı Bolqarıstanda təlim kursunda iştirak edib

news photo

16.07.2019 09:53 // Təhsil

Azərbaycan Dillər Universitetinin (ADU) magistrantı Fatimə Vəliyeva Bolqarıstanın Bansko şəhərində “Gənclər sahəsi üçün onlayn aktivlik” adlı təlim kursunda iştirak edib.

ADU-dan Youthportral.az-a bildirilib ki, 10 ölkədən 30 gənci birləşdirən təlim kursunun əsas məqsədi gəncləri və QHT-ləri insan haqları sahəsində məlumatlandırmaq və onların potensialını inkişaf etdirmək olub. Təlimdə gənclər zorakılıq əleyhinə onlayn kampaniyaların həyata keçirilməsi barədə təcrübələrə yiyələniblər.

İştirakçılar müxtəlif qrup işlərində, QHT-lərdə olan PR istiqamətləri, strategiyalarla bağlı sessiyada fəallıq göstəriblər.

Digər xəbərlər

Xəbər lenti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi