Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycan Dillər Universitetində startap təlimi təşkil edilib

news photo

19.06.2019 13:49 // Təhsil

Azərbaycan Dillər Universitetində Elmi əməkdaşlıq şöbəsinin təşkilatçılığı ilə startap təlimi keçirilib.

Universitetdən Youthportal.az-a bildirilib ki, tələbələr arasında innovativ və startap fəaliyyətinin inkişafını və bu sahədə iş aparılmasını təmin etmək məqsədilə həyata keçirilən layihə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və Vergilər Nazirliyi ilə birgə təşkil olunub.

Təlimdə “EnterpriseAzerbaijan” portalının nümayəndəsi Oruc Dursunzadə çıxış edib. O, universitetin müəllim və tələbə heyətini portalla tanış edib. Daha sonra “Azexport” portalının meneceri Ayxan Qədəşov “Amazonla qazan” təlimləri barədə danışıb.

Vergilər Nazirliyinin nümayəndəsi Hacı Qasımov isə vergi islahatları barədə ətraflı məlumat verib.

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi