Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycan Dillər Universitetində Çinin qış bayramı qeyd olunub

news photo

24.12.2018 11:16 // Təhsil

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda Çinin “Dunçji” (“Qışın zirvəsi”) bayramına həsr olunan tədbir keçirilib.

ADU-dan Youthportal.az-a bildirilib ki, açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov “Dunçji” bayramının Çin mədəniyyətində mühüm yer tutduğunu qeyd edərək, onun yaranma tarixi və əsas fəlsəfəsi haqqında ümumi məlumat verib.

Konfutsi İnstitutunun əməkdaşı Chen Chunyan bayram mərasimləri barədə məlumat verib, “Dunçji”nin rəmzi olan Meixua gavalı çiçəklərinin uzunömürlülüyü, qışı və gözəlliyi təcəssüm etdirdiyini bildirib. Daha sonra ADU-nun çinşünaslıq ixtisası üzrə təhsil alan tələbələri Çin xalq mahnılarını, “Mənim ədalətli şahzadəm”, “Kiçik xoşbəxtlik”, “Kiçik Qız” musiqi nömrələrini ifa ediblər.

Sonda tədris ili ərzində göstərdikləri fəaliyyətə görə Konfutsi İnstitutu və ADU-nun çinşünaslıq ixtisası üzrə təhsil alan fəal tələbələri mükafatlandırılıb.

news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycanda Novruz bayramı qeyd edilir

Ceki Çan "Alpinistlər" filmində

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi