Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycan Dillər Universitetində “Cəmiyyətin Səsi” adlı layihə keçirilmşdir (FOTO)

news photo

14.02.2019 15:19 // Gənclər üçün

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə və “İrəli” İctimai Birliyinin təşkilati dəstəyi ilə Gənclər Fondunun elan etdiyi XI qrant müsabiqəsi çərçivəsində C kateqoriyası üzrə qalib olan Diana Seyidovanın “Cəmiyyətin səsi” adlı fərdi layihəsinin icrası həyata keçirilmişdir. Layihənin əsas məqsədi cəmiyyətdə olan stereotiplərdən, ictimai qınaqdan, gender bərabərsizliyindən qaynaqlanaraq meydana gələn müxtəlif sosial problemlərin həllinə yardım etmək, insanları daha tolerant dəyişikliyə, fərqliliyə açıq olmağa dəvət etməkdən ibarətdir.“Cəmiyyətin səsi” layihəsi Azərbaycan Dillər Universitetində baş tutmuşdur. 

Youthportal.az xəbər verir ki, layihənin icrası müddətində müxtəlif sahələri əhatə edən qonaqlar layihədə eksperti kimi iştirak etmişlər. Əməkdar incəsənət xadimi Orxan Fikrətoğlu “Nitq Mədəniyyəti” mövzusunda gənclərə təlim keçmiş, aktyor Qorqud Cəfər gənclərə “Emosiyaların çatdırılması” mövzusunda və Azərbaycan radiosunun diktoru, xalq artisti Eldost Bayram isə öz bilik və təcrübələrini gənclərlə bölüşmüşlər. Son olaraq gənc aparıcı və aktyor Sənan Ellez öz təcrübələrini gənclərin diqqətinə çatdırmışdır.

news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs 23 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi