Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycan Dillər Universitetində “Alman dili günü” qeyd olunub (FOTO)

news photo

19.11.2019 20:01 // Təhsil

Azərbaycan Dillər Universitetində (ADU) Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının dosenti, Alman Dili Birliyinin ölkəmizdəki rəhbəri Gülənbər Pirnəzərovanın təşəbbüsü və təşkilatçılığı ilə “Alman dili günü”nə həsr edilmiş tədbir keçirilib.

ADU-dan Youthportal.az-a bildirilib ki, tədbirdə dil ilə bağlı aforizmlər, alman şairi Henrix Heynenin şeirləri səsləndirilib, alman dilində mahnılar, o cümlədən Azərbaycan xalq mahnısı “Sarı gəlin” alman və Azərbaycan dillərində ifa olunub.

Həmçinin İmadəddin Nəsiminin qəzəlləri həm alman, həm də Azərbaycan dillərində təqdim olunub. “Qayınana” filmindən tələbələr tərəfindən səhnələşdirilmiş bir neçə epizod göstərilib.

G.Pirnəzərova tədbirdə digər ali və orta məktəb müəllimlərinin, şagirdlərin iştirakını təqdirəlayiq hal kimi dəyərləndirib. O, tədbirin tələbələrdə alman dilinə marağın daha da artmasında müəyyən rol oynayacağına əminliyini bildirib, orta məktəblərdə də “Alman dili günü”nün qeyd olunmasını tövsiyə edib.

news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Cəbhədə atəşkəs 24 dəfə pozuldu

Məhəmməd Hadinin 140 illiyi qeyd olunacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi