Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycan dili Serbiyanın ən böyük universitetində tədris olunacaq

news photo

11.07.2019 13:42 // Təhsil

Azərbaycan dili Serbiyanın ən böyük və qədim ali təhsil ocağı olan Belqrad Universitetində tədris olunacaq.

Azərbaycan Dillər Universitetindən Youthportal.az-a verilən məlumata görə, bu barədə Serbiyanın aparıcı mətbu orqanları məlumat yayıb.

Həmin məlumatlarda qeyd olunub ki, Azərbaycan Dillər Universitetinin rektoru, Xalq yazıçısı, akademik Kamal Abdullanın başçılıq etdiyi Azərbaycan alimlərindən ibarət nümayəndə heyəti iyunun 17-də Belqrad Universitetinin rəhbərliyi ilə görüşlər keçirib.

Həmin görüşlərdə Azərbaycan alimlərinin iştirakı ilə müştərək elmi layihələrin hazırlanması, professor müəllim heyəti üzvlərinin qarşılıqlı səfərləri barədə məsələlər müzakirə edilib.

Görüşlərdə qeyd olunub ki, bir müddət əvvəl Belqrad Universitetində Azərbaycan dilinin tədris olunması barədə müzakirələr aparılıb. Həmin müzakirələrin nəticəsi olaraq Azərbaycan dilinin bu universitetdə öyrənilməsi ilə bağlı razılıq əldə olunub. 2019-2020-ci tədris ilindən başlayaraq Belqrad Universitetinin filologiya fakültəsində tələbələrə keçiləcək Azərbaycan dili 200 ildən çox tarixi olan nüfuzlu ali məktəbdə akkreditasiyadan keçib.

Qeyd edək ki, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullanın təşəbbüsü və Azərbaycanın Serbiya Respublikasındakı Səfirliyinin birbaşa dəstəyi ilə 2018-ci il aprelin 26-da Belqrad Universitetinin filologiya fakültəsində Azərbaycan dili və mədəniyyəti mərkəzi təntənə ilə açılıb. Bunun qarışılığı olaraq mayın 21-də ADU-da Serb dili və mədəniyyəti mərkəzi istifadəyə verilib.

Mərkəzin açılışında Serbiya prezidenti Aleksandr Vuçiç iştirak edib. 2018-2019-cu tədris ilindən etibarən isə ADU-nun Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin tələbələri Serb dilini xarici dil kimi öyrənirlər.

Məlumat üçün qeyd edək ki, Azərbaycan dilini Serbiyada uzun müddət yaşayan professor Zərifə Əlizadə tədris edəcək.

Digər xəbərlər

Xəbər lenti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi