Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı beynəlxalq kampaniyaya start vermişdir

news photo

08.10.2019 13:15 // Gənclər üçün

AR Prezidenti cənab İlham Əliyevin Rusiya Federasiyasının "Valdai" beynəlxalq diskusiya klubunun toplantısında qətiyyətli və slogan xarakterli "Qarabağ Azərbaycandır !" çıxışına beynəlxalq ictimai dəstək nümayiş etdirmək üçün Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı (ADTGT)  beynəlxalq kampaniyaya start vermişdir.

ADTGT-dən Youthportal.az-a bildirilib ki, beynəlxalq ictimai dəstək kampaniyası çərçivəsində ADTGT-nin çağırışı ilə əməkdaşlıq etdiyimiz və tərəfdaş olduğumuz xarici gənclər təşkilatları, QHT-lər və əcnəbi gənc liderlər "Qarabağ Azərbaycandır !" sloganını öz milli dillərində səsləndirəcək və bunları foto və video görüntülərə alıb sosial şəbəkələrdə paylaşacaqlar. Eyni zamanda xarici ölkələrdə əcnəbi gən fəalların iştirakı ilə bu çağırışı təbliğ edən flaşmoblar təşkil olunacaqdır.

Artıq kampaniyaya Ukraynadan olan tərəfdaş "PORUCH" QHT-nın rəhbər və fəalları və Bosniya və Hersoqovinanın "Dostluq Körpüsü" Assosiasiyası QHT-nın rəhbəri qoşulublar.  Avopanın digər ölkələrindən olan QHT fəalları və rəhbərləri də bu prosesə start verib paylaşımlar edəcəklər.

Digər xəbərlər

Xəbər lenti

Cəbhədə atəşkəs 24 dəfə pozuldu

Məhəmməd Hadinin 140 illiyi qeyd olunacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi