Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycan cüdoçusu Qran-Pridə gümüş medal qazanıb

news photo

20.09.2019 16:45 // İdman

Azərbaycanın qadın cüdoçusu Leylа Əliyeva Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Qran-Pri turnirində final görüşünə çıxıb.

Youthportal.az xəbər verir ki, 48 kq çəki dərəcəsində mübarizə aparan idmançı həlledici qarşılaşmada rusiyalı Sabina Giliazova ilə üz-üzə gəlib. Əliyeva rəqibinə ipponla məğlub olaraq gümüş medalla kifayətlənib. 

Kişilərin yarışında İbrahim Əliyev (66 kq) isə bürünc medal uğrunda görüşdə Özbəkistanlı Sərdar Nurillayevlə qarşılaşacaq.

Bu gün mübarizəyə qoşulan Aişə Qurbanlı (48 kq), Gültac Məmmədəliyeva, Larisa Aleksandra Florian (hər ikisi 52 kq), Oruc Vəlizadə (60 kq) və Nicat Şıxəlizadə (66 kq) medal qazana bilməyiblər. 

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda 28 dərəcə isti olacaq

Atəşkəs 22 dəfə pozulub

Sabah 34 dərəcə isti olacaq

Gənclər “Tələbə baharı”na dəvət olunur

UNEC onlayn idarəetməyə keçdi

Azərbaycanda Novruz bayramıdır

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi